Text box – Qutu mətn. Bu bölümə hazır qutu mətn formaları yerləşdirilib və
biz bunlardan istifadə etmək istəyiriksə sol düyməni 1 dəfə sıxmalıyıq.
Microsoft Word 2013
6 Mart 2017 Pazartesi
Insert – Header and Footer – Başlıq və Sonluq
SmartArt – Ağıllı incəsənət fiqurları səhifəyə
daxil edir. Məlumatı vizual şəkildə əks etdiren qrafik tipidir.
Chart – Excel səhifəsindən diaqram daxil etmək.
Screenshot – Ekranı kəsmək. Qeyd olunmuş sahəni şəkil obyekti kimi səhifəyə
daxil edir. Bununlar yanaşı açıqda olan hər hansı bir sənədin şəkil formatınıda
buradan əldə edə bilərik
Insert daxil etmək menyusu – Shapes - Fiqurlar
Online
Pictures – İnternet üzərindən şəkil.
Shapes – Fiqurlar. Bu başlıq altında xətt tipli, ox tipli qısaca sadə və
mürəkkəb formalı fiqurlar mövcuddur ki, biz bunlardan istifadə etməklə sadə və
mürəkkəb əməliyyatlar yerinə yetirə bilərik. Məsələn: hər hansı bir ölkənin
bayrağını hazırlamaq üçün bu bölümə müraciət edə bilərik.
Insert daxil etmək menyusu – Picture şəkil
İllustrations – İllustrasiyalar.
Picture – Şəkil. Komputerin yaddaşında, daşıyıcılarda, sürücülərdə olan şəkilləri
Word proqramına daxil edir. Şəkli word proqramına daxil etmək üçün seçdiyimiz şəkli
sürüşdür və daşı komandası ilə də sənədə əlavə edə bilərik. Şəkil üzərində hər
hansı bir dəyişiklik etmək üçün şəkli seçmək lazımdır. Bu zaman menyular
bölümündə əlavə bir menyu, yəni Format menyusu açılacaq.
Insert daxil etmək menyusu – Table cədvəl (3)
Ötən dərsimizdə qeyd
etmişdik ki, sənədə cədvəl formaları daxil etdikdən sonra cədvəl üzərində düzəlişlər
etmək üçün cədvəli seçmək lazımdır. Cədvəli seçdikdə qarşımıza əlavə olaraq 2
menyu açılırdı ki, bunlar Design və Layout (dizayn və sxema, tərtibat)
menyuları idi. Bu günkü dərsimizdə isə Layout menyusu haqqında məlumat verəcəyəm.
Insert daxil etmək menyusu – Table cədvəl (2)
Sənədə
cədvəl formaları daxil etdikdən sonra cədvəl üzərində düzəlişlər etmək üçün cədvəli
seçmək lazımdır. Cədvəli seçdikdə qarşımıza əlavə olaraq 2 menyu Design və
Layout (dizayn və sxema, tərtibat) menyuları çıxır.
Insert daxil etmək menyusu (1)
İnsert menyusu daxil etmək menyusudur. Qısa yol olaraq daxil olmaq
istəyiriksə Alt + N düymə kombinasiyalarından istifadə edə
bilərik. Biz bu menyuda sənədlərə cədvəl, şəkil, fiqur, diaqram, məna, başlıq və
sonluq, səhifə nömrələri, simvollar və.s daxil etməyi örgənəcəyik. İlk öncə
insert menyusunda qarşımıza Pages-Səhifələr bölməsi çıxır. Gəlin bu bölmə
daxilindəki komandalarla tanış olaq.
Kaydol:
Yorumlar (Atom)



