Microsoft Word 2013
dialoq qutusu etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
dialoq qutusu etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
24 Şubat 2017 Cuma
Mausun ayarları – Mouse properties
Buttons – düymələr
Button configuration - düymələrin konfiqurasiyası.
Switch primary and secondary buttons – mausun sağ və sol düymələrinin
funksiyasını dəyişmək.
Change desktop icons – işçi stolun elementlərini dəyişmək
Bu bölümdən
yalnız standart elementləri görüntüdən itirmək və onların görüntüsünü dəyişdirmək
mümkündür. Standart elementləri görüntüdən itirmək üçün Change icons desktop (işçi stolunun elementlərini dəyişmək) bölümünə
daxil olub görüntüdən itirmək istədiyimiz element üzərində sol düyməni 1 dəfə
vurmaqla qeyri aktiv edib ok → apply →ok vurmaqla görüntüdən itirə bilərik.
Screen Saver – Ekran qoruyucu
Ekran
qoruyucu komputerdən
istifadə etmədiyimiz müddətdə görüntüyə gəlir və rəngləri dincəlməyə məcbur
edir.
Sound – səs
Recording – səsin yazılması. Bu bölüm
vasitəsilə səsi kompyuterə yazmaq mümkündür. (Təbii ki, mikrafon olduqda)
Windows color – pəncərənin rəngi
Windows
7 proqramında pəncərələrin rəngini bu bölümdən dəyişirik. İstənilən bir rəng üzərində
iki dəfə vurmaqla pəncərələrin rəngini dəyişə bilərik.
Enable transperency - şəffaflığı artırmaq
Color
intensity – rəng intensivliyi
Show color mixer – rəng
qarışığını göstərmək
Hide color mixer – rəng
qarışığını gizlətmək
Hue
– çalar
Saturation
– dolğunluq
Brightness
– parlaqlıq
Advanced appearance settings.
Desktop backgroun - işçi stolunun arxafonu
Bu bölüm vasitəsilə işçi stolun arxa fon şəklini dəyişdirmək
mümkündür. İşçi stolun arxa fon şəklini dəyişdirmək üçün Desktop background →
Picture location (şəkilin yeri) bölümündən şəklin yerini
seçirik. Windows desktop background bölümündə Windows 7-yə məxsus stanadrt şəkillər yerləşir ki,
istənilən şəkli seçib Save Changes (dəyişikliyi
yaddaşa ver) vurmalıyıq. Qeyri standart şəkilləri arxa fona yerləşdirmək üçün
Browse (gözdən keçirmək) bölümünə
daxil oluruq, açılan bölümdən şəkillər olan qovluğu seçib arxa fona daxil edə
bilərik. Qovluqda yerləşən şəkillərin hər birini işçi stolunun arxa fonuna
daxil etmək üçün Select All komandasını
aktivləşdirib Save Changes düyməsini vurmalıyıq. Bu zaman şəkillər
Change picture every bölümündən
seçilmiş vaxta əsasən dəyişilir.
Windows 7 əməliyyat sistemində işçi masasının arxa fonuna temaların tətbiqi
X.
Personalize –
bu əmri seçdikdə açılan pəncərədə Windows
7 əməliyyat sisteminə aid temalar Aero themes bölməsində yerləşir ki bu
temaların üzərinə bir dəfə tıklamaqla temanı işçi masasının arxa fonuna tətbiq
edə bilərik. Bununla yanaşı Basic and High Contrast Themes yəni sadə temalar və
internet üzərindən endirdiyimiz temalar və ya ayarlarını özümüzün qurduğu
temalar var ki, bunlarda My themes bölümündə
yerləşir.
Etiketler:
desktop,
dialoq qutusu,
əməliyyat sistemi,
properties,
tema,
Themes,
windows,
windows 7
Qovluq üzərində mausun sağ düyməsi
İşçi stol üzərində mausun sağ düyməsini
vurub New (yeni) → Folder
(qovluq) seçməklə
yeni bir qovluq yarada bilərik.
Qovluqlar müxtəlif növdə olur. Məs: İşçi stol üzərində mausun sağ düyməsini
vurub New → Birefcase
(çanta) və ya Compressed folder (sıxışdırılmış qovluq) seçməklə də müxtəlif növ
qovluq yaratmaq olar. Qovluğun yaradılması üçün klaviaturada Ctrl + Shift +
N düymələrindən istifadə olunur. Yaratdığımız qovluq üzərində mausun sağ
düyməsini vurduğumuz zaman aşağıdakı kimi gizli bir menyu açılacaq.
Etiketler:
dialoq qutusu,
əməliyyat sistemi,
file,
folder,
windows,
windows 7
File and Folder - Sənəd və Qovluq
File
– sənəd, dosya. Sənədlər
müxtəlif olurlar. Məs: Word sənədi, Excel sənədi və s. Yeni bir sənəd yaratmaq
üçün işçi stol üzərində sağ düymə → New (yeni) → aşağıdakı sənədlərdən istədiyimiz bir sənəd üzərinə
sol düyməni bir dəfə vurmaqla yarda bilərik.
Etiketler:
dialoq qutusu,
əməliyyat sistemi,
file,
folder,
windows,
windows 7
İşçi stol üzərində mausun sağ düyməsi.
Sağ düymə ilə açılan menular gizli
menular (context) adlanır. Gizli
menuları açmaq üçün klaviaturanın context
düyməsindən istifadə olunur.
Əgər, əmrin qarşısında ox işarəsi olarsa bu ona aid gizli
bir menunun olduğunu göstərir.
Dialoq qutuları
Komputerdə işləyərkən pəncərələrdən
fərqli olaraq dialoq qutuları qarşımıza çıxır ki, bu dialoq qutuları bizimlə
ünsiyyət yaradır və bizdən konkret cavab gözləyir. Dialoq qutularının özünəməxsus
düymələri mövcuddur ki, bunlardan ən çox istifadə ediləni aşağıdakılardır:
17 Şubat 2017 Cuma
Windows 7 əməliyyat sistemi
İşçi stolda standart 5 element (icon) vardır.
1. User files – istifadəçi
sənədləri. İstifadəçiyə aid olub və kompyuterin yaddaşında olan sənədlərin
yerləşdiyi qovluqdur.
2. Computer – kompyuter.
Sabit və qeyri sabit sürücülərə müraciət etmək üçün istifadə olunur. Yəni,
sərt disk
sürücüləri və bəzi qovluqların yerləşdiyi yer. Həmçinin flash disk, telefon və ya CD
daxil etdiyimiz zaman bu bölümdən aça bilərik.
Etiketler:
dialoq qutusu,
əməliyyat sistemi,
icon,
windows,
windows 7
Windows 7 əməliyyat sistemində pəncərələrin quruluşu
Windows əməliyyat sistemi demək olar ki, pəncərələrdən təşkil
olunmuşdur. Bu pəncərələrin hamısında ortaq interfeys (quruluş) mövcuddur.
Pəncərələrin quruluşu aşağıdakı kimidir:
Daşıyıcılar və ölçü vahidləri
İnformasiyanın daşınması üçün lazım olan
qurğular daşıyıcılar adlanır. Daşıyıcılara misal olaraq flash
diskləri, CD (Compact disk) – ləri, DVD-ləri, disketləri misal
göstərmək olar. Disketlər tutumları az olduğundan artıq istifadədən çıxarılıb.
Standart CD – lər
700 Mb tutumuna malik olurlar. CD və DVD-lərə informasiya Nero,
Ashampoo, CD-DVD burner – proqramları
vasitəsilə yazıla bilər. CD və DVD – lər
iki növdə olurlar : CD–R, CD–RW, DVD–R, DVD–RW
16 Şubat 2017 Perşembe
Viruslar və Antiviruslar
Viruslar
Kompyuter virusu çox kiçik ölçülü xüsusi
yazılmış proqram olub, kompyuterdən istifadə olunan muxtəlif proqramları
korlmaqla və ya proqramlara yoluxmaqla xoşagəlməz hadisələr yaradır. Tərkibinə
virus daxil olmuş proqram yoluxmuş proqram adlanır.Belə olan halda hər hansı
yoluxmuş proqram icra olunarkən kompyuterin idarəetmə sistemi virusun təsirinə
məruz qalırsa bu zaman viruslu proqram digər proqramları korlayır, həm də
kompyuterdə zərərli hallar əmələ gətirir. Diskdə yerləşən faylları, əməli
fayılları çirkləndirir. Viruslu proqramlar öz işlərini yerinə yetirdikdən sonar
idarə etməni yoluxduğu proqrama ötürür və sağlam proqram kimi işləyirlər.
Viruslara missal olaraq Trajon, Advare, Spykare, Spam, Winfile və s.
Əməliyyat sistemi
Komputerlərin işləməsi üçün müxtəlif proqram
təminatı lazımdır. Proqram təminatının bir nömrəli elementi əməliyyat
sistemidir. Əməliyyat sistemi istifadəçi
ilə komputer arasında ünsiyyət yaradan, sistemə yüklənmiş proqramların və
onlara məxsus faylların işləməsini təmin edən, komputerə qoşulmuş olan aparat
təminatını özünəməxsus qaydada sistemə tanıdan bir mühitdir. Əməliyyat sistemi
komputerin bütün hissələrinin uzlaşmasına və səlist işləməsinə nəzarət
edir. Əməliyyat sistemləri imkanlarına, əmrlər sisteminin tərkibinə,
texniki vasitələrlə əlaqələrin təşkilinə və bir çox başqa funksiyalarına gorə
bir birindən fərqlənir.
Daxili qurğular
İnformasiyanın
işlənməsi üçün lazım olan qurğulara daxili qurğular deyilir. Daxili qurğular
aşağıdakılardır:
BİOS mikrosxem deməkdir. Ana plata üzərində BİOS və RAM mikrosxemləri,
genişləndirmə slotları (yuvalar), digər əsas
qurğular yerləşir. Xaricdə gördüyümüz giriş və çıxış yuvaları isə portlar adlanır. Portlar komputerin
digər qurğularla əlaqəsini təmin edir. Portlar paralel və serial
olmaqla 2 yerə ayrılır. Paralel
portlar LTP1 və LTP2, serial portlar isə COM1 və COM2 adlanır.
15 Şubat 2017 Çarşamba
Xarici qurğular - Əlavə xarici qurğular
Kompyuterə
sonradan qoşulan qurğular əlavə xarici
qurğular adlanır. Əlavə xarici qurğular aşağıdakılardır:

1. Barabanlı – drum
2. İynəli – dot-matrix
3. Çiçəkli-daisywheel
4. Lazerli
5. Şırnaqlı, mürəkkəbli – inject
6. Plotter - çertyojların, sxemlərin, xəritələrin ölçülərini
düzgün çap etmək məqsədilə istifadə olunur.
Xarici qurğular - Əsas xarici qurğular
Xarici
qurğuların iki növü var:
1. Əsas xarici qurğular
2. Əlavə xarici qurğular
Əsas xarici qurğular
I. Monitor - bu qurğuya
ekran və ya display də demək
olar. Verilənləri visual (görüntülü) şəkildə göstərmək üçün qurğudur. Monitor
kompyuterin əsas xarici qurğusudur. Televizor ekranına bənzəyir. Monitorların
diametri 14, 15, 17, 20 və 21
inch olur (21 inch ≈ 53,5 sm).
Monitorlar 2 növdə olur:
Əsas xarici qurğular

1. CRT (Cathode Ray Tube) - Elektron şüa borulu monitorlar. Əsas elementi
elektron şüa borusudur.
2. LCD (Liquid Crystal Display) - Maye kristallı display.
Kaydol:
Kayıtlar (Atom)