Microsoft Excel 2013 etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Microsoft Excel 2013 etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

14 Mart 2017 Salı

Proqramın pəncərə quruluşu

Excel proqramını çalışdırmaq istəyiriksə aşağıdakı üsullardan istifadə edə bilərik.

9 Mart 2017 Perşembe

: və ; işarəsi nədir?

: iki nöqtə, bəlli xana aralığındakı dəyərlər deməkdir. A1:A10 quruluşunda A1 ilə A10 arasındakı dəyərləri təmsil edir.
A1,A2,A3,A4,A5,A6,A7,A8,A9,A10

Excel’də hesablama necə aparılır?

Əziz oxucular. Bu günkü mövzumuzda Exceldə hesablama apararkən hansı qaydaya əməl etmək lazımdır onu öyrənəcəyik. 


2 Mart 2017 Perşembe

Düstur quranda mütləq diqqətli olmaq lazımdır

Riyazi işarələrdən istifadə edəndə aşağıdakı simvollardan istifadə edilir.
n   toplama……+
n   çıxma……-
n   vurma…… *
n   bölmə……../
Bir rəqəmin və ya xananın müəyyən bir faizini hesablamaq üçün % işarəsindən istifadə edilir,

Bu qaydaları mütləq bilmək lazımdır...

n  Exceldə funksiya qurarkən mütləq bərabərdir (=) işarəsi qoyulub düstur yazılmalıdır.

Excel proqramı haqqında məlumat

Proqrama ilk daxil olduğumuz zaman açılan pəncərədə Excel 2013-ün açılış pəncərəsi yerləşir ki, açılmış excel ekranından proqrama daxil olmaq üçün boş səhifə və ya hazır şablonlar seçmək mümkündür. Həmçinin digər versiyalardan fərqli olaraq excel 2013 – də aşağı sol tərəfdə yerləşən Open Other Workbook (digər işçi kitablarını açmaq) bölümünə daxil olduğumuz zaman açılan bölümdə kompyuterin yaddaşında yerləşən bütün Excel sənədləri yerləşir ki, istənilən sənədi seçib open (açmaq) düyməsini vurmaqla aça bilərik. Sol tərəfdə isə ən son açılmış sənədlər toplusu (Recent) yerləşir. Bundan əlavə excel 2013 proqamında əsas yenilik digər versiyalarda olmayan Power Pivot menyusunun əlavə edilməsidir.

Microsoft Excel 2013 proqramı haqqında

Yeni bir dərs və yeni bir proqram :). Bu gündən Microsoft Excel 2013 proqramını örgənməyə başlayacağıq. Excel proqramı əsasən riyazi hesablamalarda, mühasibat işlərində düsturların qurulmasında istifadə edilən bir proqramdır. 1987 - ci ildə Microsoft firması  Excel adlı cədvəl redaktorunu işləyib hazırlamışdı. Əsasən elmi hesablamalarda Excel proqramının əhəmiyyətli rolu vardır.