27 Şubat 2017 Pazartesi

Programs and Features - Proqramlar və Xüsusiyyətlər

Programs and Features - Kompyuterə sonradan yüklən­miş olan proqramlar burada yerləşir.
Uninistall or change a program –(proqramların dəyişdirilməsi və ya silinməsi) sahəsində Uninistall (geri yükləmək) – qeyd olunan proqramı silir.

Troubleshooting - Problemi aradan qaldırmaq

Troubleshooting – Kompyuterdə proqramlar və qurğular sahəsində olan problemləri aşkar edir və problemləri aradan qaldırır. Bölümü seçdikdə açılan pəncərədə nasazlıqların olduğu bölüm seçilir, yoxlama aparılır. 

Power options – güc parametrləri

Bu bölümdən müəyyən vaxt ərzində monitor və sərt diski (hard disk) söndürə bilərik.

Bu bölümə həmçinin işçi stol üzərində sağ düymə → Personalize → Screen Saver → Change power settings bölümündən də daxil ola bilərik.

Parentral Controls - Valideyin nəzarəti

Parentral Controls – aktiv istifadəçi bölümünün valideyin nəzarətində saxlanılmasını təmin edir. Buradan yeni istifadəçi bölümü yaratmaq və ya aktiv istifadəçi bölümünə şifrə daxil etmək olar. 

Easy of access center - əlverişlili parametrlər, asanlaşdırma mərkəzi

Easy of access center - əlverişlili parametrlər. Bu bölüm vasitəsilə kompyuterin işini fiziki qüsurlu şəxslər üçün tənzimləmək mümkündür. Qısa yolu Winkey + U düymələrinin kombinasiyalarıdır.

Remote App and Desktop connections – işçi stolu idarəçisi

Remote App and Desktop connections – uzaq işçi stolu idarəçisidir.
Set up a new connection with Remote App and Desktop connections – üzərində bir dəfə vurduğumuz zaman dialoq qutusu açılmış olur ki,

Notification Area İcons - Bildiriş sahəsinin elementləri

Notification Area İcons – Bu pəncərədə yerləşən komandalar vasitəsi ilə bildirişlər sahəsindəki istənilən bir komandanı görüntüyə gətirə və ya görüntüdən itirə bilərik.

Turn system icons on or off – sistem elementlərini görüntüyə gətirmək və ya itirmək.