İnternet —
komputer sistemlərinin bir-birinə bağlı olduğu, dünya səviyyəsində yayımlanan və
daim olaraq inkişaf edən əlaqə şəbəkəsidir.
İnternet istifadəçilərinin “məlumatın
saxlanması, paylaşması və rahat əldə olunması” istəkləri nəticəsində yaranmış
bir texnologiyadır. Bu texnologiyanın köməyi ilə insanlar məlumatları rahat şəkildə
əldə edə bilirlər. İnterneti çox böyük bir kitabxanaya bənzədə bilərik. Bu gün İnternet demək olar ki, dünyanın bütün ölkələrini
əhatə edir və onun istifadəçilərinin sayı günbəgün artır. İnternet İnternational Network sözündən götürülən
Beynəlxalq şəbəkə deməkdir.
Hiç yorum yok:
Yorum Gönder