Komputerin
tərifi - Mükəmməl
yaddaşa malik olub görülən işin gedişini qat-qat sürətləndirən və nəticəni uzun
müddət yaddaşında saxlayaraq istifadəçiyə qüsursuz şəkildə təhvil verən EHM
(Elektron Hesablama Maşını) komputer adlanır.
Komputer əvvəllər hesablayıcı sonra isə komputer adlandırılıb.
Komputerin tarixi - İlk komputer 1946-cı ildə ABŞ-da Pensilvaniya Universitetində hərbi birləşmələrdə istifadə olunmaq məqsədilə yaradılıb və ENİAC (Electron Numerical İntegrator And Calculator) adlandırılıb. ENİAC adlı komputer 167 m2 böyüklüyündə, 30 ton ağırlığında olub və 150 kv güc tələb edirdi. Bu komputerin sxemləri elektron lampalar əsasında yaradılmışdır. Bu komputerdə bir saniyədə 300 vurma əməli və yaxud 5000 toplama əməli yerinə yetirilirdi. ENİAC-dan sonra oxşar funksiyalarla tərtib olunan ilk komputer UNİVAC-1 (Universal Automatic Computer) olmuşdur.
Komputerlər 3 növdə
olur:
1.PC-Personal computer (fərdi, şəxsi komputer)
2.Laptop,
Notebook-dizüstü
komputer
3.Pocket-əl komputeri.
Hiç yorum yok:
Yorum Gönder