24 Şubat 2017 Cuma

Recycle bin - Çöp qutusu üzərində mausun sağ düyməsi


Çöp qutusu – Recycle bin. Buna geri dönüş qutusu da deyilir. Delete əmri ilə sildiyimiz məlumatlar çöp qutusunda yerləşir. Hər hansı bir məlumatı tamamilə silmək üçün Shift + Delete düymələrindən istifadə olunur. Komputerin ümümiyyətlə yaddaşından silinən məlumatları geri qaytarmaq üçün Recovery proqramından istifadə olunur. Hər hansı bir məlumatı delete əmri ilə sildikdə çöp qutusuna düşür. Çöp qutusuna düşən məlumatı delete əmri ilə silsək bu məlumat ümümiyyətlə komputerin yaddaşından silinər. Çöp qutusuna düşən hər hansı bir məlumatı geri qaytarmaq üçün çöp qutusunu açıb məlumat üzərində sağ düymə Restore əmrindən istifadə olunur. Çöp qutusu üzərində mausun sağ düyməsini vurduqda aşağıdakı kimi bir gizli menyu açılır.

1.     Open – açmaq
2.     Explorer – bələdçi
3.     Empty recycle been – boş çöp qutusu. Bu komandanı seçdiyimiz zaman çöp qutusunu açmadan təmizləyə bilərik.
4.     Create Shortcut – Qısa yolunu yaratmaq
5.     Properties – xassələr, xüsusiyyətlər.
Properties əmrini seçdikdə aşağıdakı pəncərə açılır.

Custom size – xüsusi ölçü. Bu bölümdə çöp qutusuna düşəcək məlumat üçün ayrılmış maksimum tutum yazılır.
Do not move files to the Recycle Bin - Əgər, bu komanda aktiv olarsa hər hansı bir məlumatı sildikdə çöp qutusuna daxil olmadan komputerdən bir başa silinmiş olacaq.
Display delete confirmation dialog – Əgər, bu komanda aktiv olarsa hər hansı bir məlumatı sildiyimiz zaman bu məlumatın çöp qutusuna düşəcəyi barədə dialoq qutusu açılmayacaq.


Hiç yorum yok:

Yorum Gönder