1 Mart 2017 Çarşamba

File (Sənəd) menyusu – Yeni sənəd açmaq (1)


1. İnfo - Məlumat. Yaddaşa verilmiş sənəd haqqında ümumi məlumat verilir. Bu bölümdən sənədi şifrəli olaraq yadaşa verə bilərik. Sənədə şifrə daxil etmək üçün Protect documentEncrypt with Document komandalarından istifadə olunur.

İnspect Document - Sənədə baxış. Sənədin məzmununa görə yoxlanış işlərinin aparılması, yəni daxil edilmiş şərhlər, başlıq və sonluqlar, gizlədilmiş mətnlərin yoxlanılması üçün bu bölümə müraciət olunur.
Manage versions - Avtomatik yaddaşa verilmiş sənədin tarix və zamanını göstərir. Bu bölümdən istifadə etməklə yaddaşa vermədiyimiz bəzi sənədlərimizi bərpa edə bilərik.
2. New Ctrl + N – Yeni. Yeni bir sənəd yaratmaq üçün File New Blank document seçməliyik və ya burada internet aktiv olduğu zaman bəzi şablon formalar aktiv olur ki onlardan istifadə edə bilmək üçün mausun sol düyməsini bir dəfə vurmaqla səhifəmizə daxil edə bilərik.

3. Open Ctrl + O Açmaq. Kompyuterin yaddaşında və ya hər hansı bir daşıyıcıda olan əvvəlcədən yazılmış bir Word sənədini açmaq üçün istifadə olunur.
QEYD 1: Word proqramında ən son istifadə etdiyimiz sənədlərin siyahısı Recent Documents (Ən son istifadə olunmuş sənədlər) bölməsinə düşür. Bu zaman artıq son istifadə etdiyimiz sənədləri Open pəncərəsində axtarmağa ehtiyac qalmır. Yəni buradan aça bilərik. Bu siyahıda ən çox 50 faylın adı ola bilər. Bunu özümüz də təyin edə bilərik. Bunun üçün menu bar üzərində mausun sağ düyməsi - Customize Quick Access ToolbarAdvanced-Show this number of Recent Documents bölmünə müraciət edirik.




Hiç yorum yok:

Yorum Gönder