13 Mart 2017 Pazartesi

Komputerlərin proqram təminatı

Proqram dedikdə, komputerin başa düşə bildiyi dildə yazılmış əmrlər ardıcıllığı nəzərdə tutulur.
Komputerdə tətbiq olunan proqramları aşağıdaki kimi qruplaşdırmaq olar:

Sistem proqramlarına əməliyyat sistemləri, qurğular arasında informasiya mübadiləsini təmin edən proqramlar, komputerin qurğularının iş qabiliyyətini yoxlayan proqramlar, qurğuların işini idarə edən proqramlar (drayverlər) daxildir.
Tətbiqi proqramlara istifadəçiyə lazım olan işlərin (mətnlərin yazılması, cədvəllərin hazırlanması, rəsmlərin və videotəsvirlərin emalı) yerinə yetirilməsini təmin edən proqramlar daxildir.
Alqoritmik dillər vasitəsilə komputer üçün proqramlar yazılır.

Xidməti proqramlar: bu proqramlar qrupu komputerin istismarı zamanı müxtəlif köməkçi funksiyaları terinə yetirirlər.
Komputeri yoxlayan proqramlar vaxtaşırı onu diaqnostika edərək yaranan nasazlıqları aşkar etməyə və imkan daxilində problemi aradan qaldırmağa xidmət edirlər.
Arxivləşdirmə proqramları faylları sıxaraq onları daha kiçik həcmdə surətlərini çıxarırlar, habelə bir qrup faylı arxivləşdirərək bir faylda saxlayırlar.
Antivirus proqramları virusa yoluxmanın qarşısını alır və faylları yoxlayaraq virusları təmizləyir.

Antivirus proqramları: viruslar əsasən, icra oluna bilən .exe,.com tipli fayllar, habelə qurğuların işini idarə edən drayverlər (.sys tipli fayllar) –ın işini poza bilirlər. Qrafik və mətn faylları, verilənlər bazası adətən virusa yoluxmurlar. Viruslara qarşı antivirus proqramları tətbiq edilir və onların özləri bir neçə növə bölünür.
Müffəttiş proqramlar bunlar yalnız komputerdə virusun olub olmamasını aşkar edir.
Doktor proqramlar komputerdə olan virusu tapıb məhv edir.
Filtr proqramlar virusun komputerə daxil olmasının qarşısını alır.

1 yorum: