9 Mart 2017 Perşembe

Niyə disklər A və ya B deyildə C diski olaraq adlandırılıb?

Salam əziz oxucular. Bu günkü dərsimizdə Komputer elementinə daxil olan zaman çox insanda bele bir sual yaranır ki, niyə disklər A və ya B deyildə C diski olaraq adlandırılıb? Yəqin ki, çoxunuz üçün bu maraqlıdır. Onda isə baxaq görək niyə?  

Demək olar ki, komputerdən istifadə edərkən hər gün olmasa da biz çox vaxt Computer (Komputer) elementinə daxil oluruq. Daxil olma səbəbimiz isə sistem diski, telefonumuz və ya hər hansı bir daşıyıcı qurğulardan istifadə etmək məsələn flash card və ya CD, DVD, kimi bölmələr ola bilər. Çünki telefon və ya flash card daxil etmişiksə bunlara daxil olmaq üçün Komputer elementinə daxil olmalıyıq. İndi isə gələk sualımıza niyə sistemin quraşdırıldığı diskdə A və ya B yox məhz C hərfi təyin edilib? Niyə hər kəs onu “C diski kimi” adlandırır?

Bu sualın cavabı çox asandır, ona görə ki:

Sərt disk standartı 1980-ci ildən sonra qəbul edilib. Sərt Disklərdən əvvəl yaddaş qurğuları kimi Floppy disklərdən istifadə olunurdu. Floppy disk ilkin yaddaş qurğuları hesab olunur. Bildiyiniz kimi Floppy disklərin tutumu 1.44 mb-dır. Onların istifadəsi 1960-cı illərdə məşhurlaşdı. Floppy disklər iki formada 5 1/4 ” və 3 1/2″ həcmlərində istehsal olunurdu və həmin qurğular Local Disk (A) və Local Disk (B) kimi işarələnmişdir. Sərt diskin icadından sonra isə 8 inçlik Floppy Disk istifadəyə verildi. Və buna görədə yeni sərt diskə, sistemdə latın əlifbasının növbəti hərfi olan “C” hərfi verildi. Texnika və texnologiya inkişa etdikçə, Floppy disklərin istifadəsi yoxa çıxmağa başladı, lakin sistem istehsalçısı 80-ci ilin standartını dəyişdmədi. Ona görədə bu günləri ilk disk “C” sayılır və bütün növbəti disklər isə latın əlifbası üzrə hərflərlə sıralanır. Amma buna baxmayaraq, biz əgər istifadəçi olaraq administratoruqsa “C” hərfini A, B və ya başqa hərf və sözlərlə də dəyişə bilərik.

Hiç yorum yok:

Yorum Gönder