2 Mart 2017 Perşembe

Excel proqramı haqqında məlumat

Proqrama ilk daxil olduğumuz zaman açılan pəncərədə Excel 2013-ün açılış pəncərəsi yerləşir ki, açılmış excel ekranından proqrama daxil olmaq üçün boş səhifə və ya hazır şablonlar seçmək mümkündür. Həmçinin digər versiyalardan fərqli olaraq excel 2013 – də aşağı sol tərəfdə yerləşən Open Other Workbook (digər işçi kitablarını açmaq) bölümünə daxil olduğumuz zaman açılan bölümdə kompyuterin yaddaşında yerləşən bütün Excel sənədləri yerləşir ki, istənilən sənədi seçib open (açmaq) düyməsini vurmaqla aça bilərik. Sol tərəfdə isə ən son açılmış sənədlər toplusu (Recent) yerləşir. Bundan əlavə excel 2013 proqamında əsas yenilik digər versiyalarda olmayan Power Pivot menyusunun əlavə edilməsidir.

Excel proqramının genişlənmiş fayl növləri XLS, XLC, XLM, XLA, XLT,XLW olaraq qəbul edilmişdir.
Excelin element işarəsi “X’-dir. Aktiv kitabımız Workbook (işçi kitabı) adlanır. Hər kitab standart 1 səhifədən, yəni sheets (1) dən ibarətdir. Sheetlərin sayını artırmaq üçün File (sənəd) Options (parametrlər) General (ümumi) İnclude this many sheets bölümünə sheetlərin sayını daxil edib, ok vurmalıyıq. Sheetlərin sayını maksimum 255-ə qədər artıra bilərik ki, bu da kompyuterin əməli yaddaşının həcmindən asılıdır yəni RAM-dan asılıdır. 

Hiç yorum yok:

Yorum Gönder