27 Şubat 2017 Pazartesi

Desktop Gadgets - Mini proqramlar

Desktop Gadgets işçi stoluna mini proqramlar əlavə edir. Bu bölümdən istifadə etməklə istənilən faydalı məlumatı əldə edə bilərik, hətta internetdən əldə olunmuş informasiyanı, xəbər başlıqlarını, hava proqnozunu, aksiyaların kursunu və.s tipli informasiyaları özündə əks etdirir. Əvvəlki dərslərimizdə də qeyd etmişdim ki, bu bölümə işçi stolunda mausun sağ düyməsini vurmaqlada daxil ola bilərik.

Speech recognition – Tələffüz.


İngilis dilində olan sözlərin düzgün tələffüzünü öyrənmək mümkündür.

Programs and Features - Proqramlar və Xüsusiyyətlər

Programs and Features - Kompyuterə sonradan yüklən­miş olan proqramlar burada yerləşir.
Uninistall or change a program –(proqramların dəyişdirilməsi və ya silinməsi) sahəsində Uninistall (geri yükləmək) – qeyd olunan proqramı silir.

Troubleshooting - Problemi aradan qaldırmaq

Troubleshooting Kompyuterdə proqramlar və qurğular sahəsində olan problemləri aşkar edir və problemləri aradan qaldırır. Bölümü seçdikdə açılan pəncərədə nasazlıqların olduğu bölüm seçilir, yoxlama aparılır. 

Power options – güc parametrləri

Bu bölümdən müəyyən vaxt ərzində monitor və sərt diski (hard disk) söndürə bilərik.

Bu bölümə həmçinin işçi stol üzərində sağ düymə Personalize Screen Saver Change power settings bölümündən də daxil ola bilərik.

Parentral Controls - Valideyin nəzarəti

Parentral Controls – aktiv istifadəçi bölümünün valideyin nəzarətində saxlanılmasını təmin edir. Buradan yeni istifadəçi bölümü yaratmaq və ya aktiv istifadəçi bölümünə şifrə daxil etmək olar. 

Easy of access center - əlverişlili parametrlər, asanlaşdırma mərkəzi

Easy of access center - əlverişlili parametrlər. Bu bölüm vasitəsilə kompyuterin işini fiziki qüsurlu şəxslər üçün tənzimləmək mümkündür. Qısa yolu Winkey + U düymələrinin kombinasiyalarıdır.