24 Şubat 2017 Cuma

Desktop backgroun - işçi stolunun arxafonu



Bu bölüm vasitəsilə işçi stolun arxa fon şəklini dəyişdirmək mümkündür. İşçi stolun arxa fon şəklini dəyişdirmək üçün Desktop background Picture location (şəkilin yeri) bölümündən şəklin yerini seçirik. Windows desktop background bölümündə Windows 7-yə məxsus stanadrt şəkillər yerləşir ki, istənilən şəkli seçib Save Changes (dəyişikliyi yaddaşa ver) vurmalıyıq. Qeyri standart şəkilləri arxa fona yerləşdirmək üçün Browse (gözdən keçirmək) bölümünə daxil oluruq, açılan bölümdən şəkillər olan qovluğu seçib arxa fona daxil edə bilərik. Qovluqda yerləşən şəkillərin hər birini işçi stolunun arxa fonuna daxil etmək üçün Select All komandasını aktivləşdirib Save Changes düyməsini vurmalıyıq. Bu zaman şəkillər Change picture every bölümündən seçilmiş vaxta əsasən dəyişilir.

Shuffle – dağınıq. Şəkillər ardıcıl olaraq, əgər aktiv olarsa dağınıq formada görüntüyə gəlir.
Picture Position – mövqe bölümündən şəkli 5 formada yerləşdirə bilərik.
Fill – doldurmaq
Fit – uyğunluq. Elementlərin aşağıdakı növlərinə əsasən düzülüşləri var:
Streech – dartılmış (əgər arxafona daxil edəcəyimiz şəkil kiçikdirsə streech komandasını seçməklə şəkli tam ekran enində darta bilərik).
Tile – bölünmüş (bu komandanı seçməklə şəkili öz ölçüsündə ekrana dolduraraq yerləşdirə bilərik).
Center – mərkəz (bu komanda vasitəsilə şəkli öz ölçüsündə mərkəzdən yerləşdirə bilərik).
Solid Color – bərk rəng. Bu bölümdən 2 halda istifadə olunur.
1. Şəklin mövqeyini Picture Position bölümündən Fit (uyğun) və ya Center (mərkəz) seçdiyimiz zaman.
2. Ekrana yalnız rəng yerləşdirdikdə.

Ekrana yalnız rəng yerləşdirmək üçün əvvəlcə Picture Location bölümündən Solid colors bölümündən rəng seçib save changes vurmaqla daxil edə bilərik.

Hiç yorum yok:

Yorum Gönder