24 Şubat 2017 Cuma

Windows color – pəncərənin rəngi


Windows 7 proqramında pəncərələrin rəngini bu bölümdən dəyişirik. İstənilən bir rəng üzərində iki dəfə vurmaqla pəncərələrin rəngini dəyişə bilərik.
Enable transperency - şəffaflığı artırmaq
Color intensity – rəng intensivliyi
Show color mixer – rəng qarışığını göstərmək
Hide color mixer – rəng qarışığını gizlətmək
Hue – çalar
Saturation – dolğunluq
Brightness – parlaqlıq
Advanced appearance settings.

         

Advanced - əlavələr. Bu bölümün köməyi ilə istədiyimiz bir bölümün ölçüsünü, rəngini və s. dəyişə bilərik. Bunun üçün Advanced appearance settings bölümünə daxil olub, İtem (komandalar) bölümündən üzərində dəyişiklik etmək istədiyimiz komandanı seçib (Məs: Menu - menyular) Size bölümündən ölçüsünü, Color bölümündən rəngini Font bölümündən menyu üzərində yazılacaq yazının fontunu, Size (font bölümünün qarşısında yerləşir) bölümündən isə yazının ölçüsünü, Color bölümündən rəngini seçib ok → vurmaqla tətbiq edə bilərik. Üzərində dəyişiklik etdiyimiz bölümü əvvəlki vəziyyətinə qaytarmaq üçün sadəcə olaraq Themes (temalar) bölümündən hər hansı bir tema seçməklə əvvəlki vəziyyətinə qaytara bilərik.



Hiç yorum yok:

Yorum Gönder