27 Şubat 2017 Pazartesi

Devices and printers - Qurğular və Printerlər

Devices and printers Komputerdə yüklü olan əlavə qurğuların yerləşdiyi bölümdür. 
Add a devices - qurğu əlavə etmək üçün, Add a printer – çap qurğusu əlavə etmək üçün olan bölümlərdir. Əgər hər hansı bir qurğu əlavə etmək istəyiriksə Məsələn: telefonu bloetooth ilə komputerə tanıtmaq istəyiriksə Add a device bölməsinə daxil oluruq.
Bu zaman komputer bizim telefonu axtarıb tapır və telefon ilə komputer arasında əlaqə yaradılır.
Əgər hər hansı bir printeri komputerə tanıtmaq istəyiriksə Add a printerdən istifadə edirik.

Qeyd: Komputerə printeri əlavə etmək istəyiriksə ilk öncə aldığımız printerin üzərində həmin printerə məxsus CD olur. Və o CD-dən istifadə etməklə komputerlə printer arasında əlaqə yaratmaq olur. 2-ci bir yol əgər əlimizdə CD yoxdursa internet üzərindən aldığımız printerin adını və versiyasını yazmaqla onun proqram təminatını tapıb komputerə yükləməklə əlaqə yarada bilərik.

Açılan pəncərədə hansı printer növünün əlavə olunmasını istəyiriksə onu seçirik. Add a local printer – bu bölümdən hər hansı bir printeri əlavə etmək üçün istifadə edirik. Şəbəkədə olan və ya bluetooth vasitəsi ilə bir printeri əlavə etmək istəyiriksə – Add a network, wireless or Bluetooth printer seçirik. Ardınca Next düyməsi vurulur.
Komputerin printer ilə informasiya mübadiləsinin aparılması üçün portumuzu seçib Next düyməsini vururuq. Qarşımıza printer modelləri çıxır və buradan bizim istifadə edəcəyimiz printeri seçə bilərik və ya sürücünün diskdən yüklənməsini istəyiriksə Have disk (disk var) düyməsini vururuq.
Sonra Next (növbəti) düyməsini vururuq. Növbəti qutuda printerimizə ad verə bilərik və ya adı olduğu kimi saxlayada bilərik.
Next düyməsini vururuq. Qarşımızdakı pəncərədə komputerə tanıtdığımız printeri test etmək üçün test page vururuq və printeri aktiv etmək üçün Set as default printer əmrini aktiv edirik. 

Hiç yorum yok:

Yorum Gönder