27 Şubat 2017 Pazartesi

Recovery - Sistemin bərpası

Recovery Sistemdə olunan dəyişiklikləri əvvəlki rejimə bərpa edir.
Yəni komputerdə yaranmış hər hansı bir problem aşkar olunarsa biz bu bölümə daxil olmaqla bəzi səhvlikləri bərpa edə bilərik. Bu bölümü seçdikdə açılan pəncərədə System Restore qarşımıza çıxır ki, biz bura Start menyu – All programs – Accessories – System Tools – System Restore seçməklə də daxil ola bilərik. System Restora daxil olanda açılan pəncərədə Next (növbəti) düyməsini seçirik.

Növbəti qutuda sistemdə edilən dəyişiklik üçün bərpa nöqtələri göstərilir.

İstənilən bərpa nöqtəsini seçib Next və Finish düyməsini vururuq. 
Sistemdə dəyişikliklər bərpa olunduqda komputer avtomatik olaraq yenidən başladılır. Və beləliklə komputerdə yaranmış problemlər bərpa olunur.


Hiç yorum yok:

Yorum Gönder