24 Şubat 2017 Cuma

Taskbar and Start menu properties – taskbar və start menunun xassələri (3)


Start menu properties – başlanğıc menusu xüsusiyyətlərinə daxil olduğumuz zaman qarşımıza aşağıdakı komandalar çıxır.

Power button action – enerji düyməsinin fəaliyyətini dəyişdirir.
Store and display recently opened programs in the Start menu – ən son açılan proqramların siyahısını start menuda saxla və göstər.
Store and display recently opened items in the Start menu and the taskbar - ən son açılan komandaların siyahısının start menuda və tapşırıq zolağında saxlanma və göstərilməsini təmin edir.
Customize – xüsusiləşdirmə


Computer – komputer
Display as a link – əlaqə kimi nümayiş. Bu komanda aktiv olduqda komputer bölümü start menuda link şəklində yerləşir
Display as a menu – menu şəklində nümayiş. Bu əmri seçdiyimiz zaman isə menyu şəklində açılır
Dont display this item – bu komandanı nümayiş etdirmə. Aktiv olduqda komputer bölümü start menuda yerləşmir.
Connect to – şəbəkə. Aktiv olduqda yaratdığımız şəbəkə (Dial up) bölümü start menuda yerləşir.
Control Panel –nəzarət paneli.
Display as link –əlaqə kimi nümayiş. Bu komanda aktiv olduqda nəzarət paneli start menuda link şəklində yerləşir
Display as a menu – menu şəklində nümayiş. Bu əmri seçdiyimiz zaman isə nəzarət paneli menyu şəklində açılır
Dont display this item – bu komandanı nümayiş etdirmə. Aktiv olduqda nəzarət paneli start menuda yerləşmir.
Default programs – aktiv olduqda bu bölüm start menuda yerləşmiş olur ki, məhz bu bölümdən komputerin yaddaşındakı proqramlara daxil ola bilərik.
Devices and printers – qurğular və çap aparatları. Çap aparatları, faks qurğuları və digər qurğular burada yerləşir ki, Devices and printers komandası aktiv olduğu zaman start menudan da bu bölümə müraciət edə bilərik.
Documents – sənədlər. Komputerin yaddaşındakı sənədlərin yerləşdiyi yerdir. Customize bölümündə yerləşən Documents aktiv olduqda bu bölüm başlanğıc menuda yerləşir ki, burada yerləşən əmrlər vasitəsilə documents bölümünü müxtəlif görüntülərə salmaq həmçinin start menudan ləğv etmək mümkündür.
Downloads – yüklənənlər. Aktiv etməklə yüklənmiş məlumatları start menuda yerləşdirə bilərik.
Enable context menus and dragging and dropping – aktiv olduğu zaman gizli menularda yerləşən məlumatların və ya proqramların düzülüşünü sürüşdürməklə dəyişə bilərik.
Favorites menu –aktiv olduqda Microsoft firmasına məxsus internet adresləri, MSN adresləri və s. başlanğıc menuda yerləşir.
Games – komputerin yaddaşındakı oyunların start menuda yerləşməsini təmin edir. (aktiv olduqda)
Network – şəbəkə
Help – yardım, dəstək. Aktiv olduqda bu bölüm start menuda yerləşir.
Highlight newly installed programs – yeni yüklənən proqramlar başlanğıc (START) menyuda işıqlandırılmış şəkildə göstərilmiş olacaq.
Music – musiqi qovluğunun start menuda yerləşməsini təmin edir.
Open submenus when I pause on them with the mouse pointer bu əmr aktiv olarsa, əgər başlanğıc menyuda qovluqların tərkibi menyu şəklində göstərilərsə, göstəricini həmin sahə üzərinə gətirdikdə seçmədən alt menyu açılmış olacaq.
Personal folder – Şəxsi qovluq. Users file (istifadəçinin sənədləri) bölümünün start menuda yerləşməsini təmin edir.
Pictures – Şəkillər
Recent items – Ən son istifadə olunan sənədlərin (proqram növündən asılı olmadan) siyahısını start menuda göstərir
Run command – Aktiv olduqda Run (qaçmaq) bölümü start menuda yerləşmiş olur ki, hər hansı bir proqrama buradan daha sürətli müraciət edə bilərik.
Search others files and libraries – kitabxanadan sənəd və başqa məlumatları axtarmaq.
Don’t search - axtarma
Search with public folders – qovluqlari axtar. Aktiv olduqda komputerin yaddaşındakı hər hansı bir qovluq, musiqi, şəkil ve s. axtarmaq mümkündür.
Search without public folders – qovluqları axtarma. Bu komanda aktiv olduqda isə axtarma əməliyyatı passivləşir.
Search programs and control panel – proqramlar və nəzarət panelini axtarmaq. Aktiv olduqda search bölümünə istənilən bir proqram adını daxil edib, enter vurmaqla həmin proqrama daxil oluruq. Control Panel yazıb enter vurmaqla isə nəzarət panelinə daxil ola bilərik. Search programs and control panel komandası qeyri aktiv olduqda bu imkanlardan istifadə etmək mümkün olmur.
Sort All programs menu by name–bütün proqramların adına görə düzülüşü təyin olunur.
Display on the All programs menu – bu komandanı seçdiyimiz zaman administrative tools bölümü All programs bölməsində yerləşir.
Display on the All programs menu and the start menu bu komandanı seçdiyimiz zaman isə administrative tools bölümü Start menuda və All programs bölümündə yerləşir.
Don’t display not items – bu komanda aktiv olarsa isə heç bir bölümdə görüntüdə olmur
Use large icons – böyük elementlərdən istifadə
Videos – video bölməsinin start menuda yerləşməsini təmin edir
Start menu size – start menunun ölçüsü.     
Number of recent programs to display – Start menuda görüntüdə olan proqramların sayını təyin edir. Maksimum 30 proqram sayı daxil olunur.
Number of recent items to display in Jump Lists - Keçid siyahısında ən son istifadə olunan fayılların sayı seçilir və maksimum ən son istifadə olunan 60 fayl sayı daxil etmək olar.

Use default settings -Aktiv etdiyimiz zaman bütün start menudakı bütün dəyişiklikləri əvvəlki vəziyyətinə qaytarır.

Hiç yorum yok:

Yorum Gönder