24 Şubat 2017 Cuma

Taskbar and Start menu properties – taskbar və start menunun xassələri (2)



Qutunun tapşırıq zolağı (Taskbar) səhifəsində Lock the taskbar – tapşırıqlar zolağını kilidləmək.
Auto – hide the taskbar – tapşırıqlar zolağını avtomatik gizlətmək. Bu komanda aktiv olduqda tapşırıqlar zolağı gizlənir, yalnız maus göstəricisi üzərinə gəldikdə görünür.
Use small icons – kiçik elementlərdən istifadə. Aktivləşdirdiyimiz zaman taskbarda (tapşırıqlar zolağında) yerləşən elementlər kiçik ölçüdə görsənir.
Taskbar location on screen – İşçi stolda tapşırıqlar zolağının yeri bu bölümdən təyin olunur.
Bottom - aşağıda
Left - solda
Right – sağda
Top – yuxarıda
Taskbar buttons tapşırıqlar zolağında düymələr.
Always combine, hide labels – bu komanda aktiv olduqda tasbarda açılan pəncərənin yalnız işarəsi görünür və adı gizlənir.
Combine when taskbar is full – bu komandanı aktiv etdikdə isə tasbarda açılan pəncərənin adı aşkarda olur və həmçinin eyni xassəli pəncərələr açıqda olduğu zaman (ən azı 7-8) bu pəncərələrin 1 düymə altında birləşməsinə imkan verir.
Never combine – heçvaxt birləşdirmə. Bu komandanı aktiv etdiyimiz zaman isə eyni xassəli pəncərələr açıqda olduğu zaman (ən azı 7-8) bu pəncərələrin 1 düymə altında birləşməsinə imkan vermir.
                                                       
Customize – xüsusiləşdirmə.

Bu bölümdə yerləşən komandalar vasitəsi ilə bildirişlər sahəsindəki istənilən bir komandanı görüntüyə gətirə və ya görüntüdən itirə bilərik.
Bu bölümlərdən hər hansı birini görüntüdən itirdiyimiz zaman əvvəlki vəziyyətinə bərpa etmək üçün Restore default icon behaviors komandasını seçməliyik.
Always show all icons and notification on the taskbar – komandası aktiv olarsa bildirişlər sahəsində aktiv və ya qeyri aktiv elementlər görünəcək.

Turn system icons on or off – sistem elementlərini görüntüyə gətirmək və ya itirmək.
Clock – saat. Qeyri aktiv olarsa saat bölümü taskbarda görünmür
Volume – Səs. Səs bölümünün taskbarda görünməsi üçün bu komanda aktiv olmalıdır
Network–şəbəkə. İnternetə daxil olmaq üçün yaratdığımız dial up bölümünün taskbarda görünməsini təmin edir.(aktiv olduqda)
Power – güc bölümünün taskbarda yerləşməsini təmin edir.
Action center – hərəkət mərkəzi



Hiç yorum yok:

Yorum Gönder