İşçi stolda standart 5 element (icon) vardır.
1. User files – istifadəçi
sənədləri. İstifadəçiyə aid olub və kompyuterin yaddaşında olan sənədlərin
yerləşdiyi qovluqdur.
2. Computer – kompyuter.
Sabit və qeyri sabit sürücülərə müraciət etmək üçün istifadə olunur. Yəni,
sərt disk
sürücüləri və bəzi qovluqların yerləşdiyi yer. Həmçinin flash disk, telefon və ya CD
daxil etdiyimiz zaman bu bölümdən aça bilərik.
3. Recycle bin – çöp qutusu. Buna
geri dönüş qutusu da deyirlər. Delete əmri
vasitəsilə sildiyimiz məlumatların toplandığı yerdir. Çöp qutusunun 2 cür foramsı vardır. Dolu və boş forması.
Qeyd: Hər hansı bir məlumatı
tamamı ilə kompyuterin yaddaşından silmək üçün klaviaturanın Shift+Delete
kombinasiyalarından istifadə olunur.
4. Network – şəbəkə. Bütün şəbəkə bağlantıları, şəbəkəyə
müraciət və yeni bağlantı qurmaq üçün bu bölümə müraciət olunur. Yerli şəbəkədə
olan kompyuterləri görüntüyə gətirir.
5. Control Panel –
nəzarət paneli. Kompyuterin işləməsinə nəzarət edir, yəni kompyuterin ayarlarına buradan daxil ola bilərik.
Hiç yorum yok:
Yorum Gönder