Windows əməliyyat sistemi demək olar ki, pəncərələrdən təşkil
olunmuşdur. Bu pəncərələrin hamısında ortaq interfeys (quruluş) mövcuddur.
Pəncərələrin quruluşu aşağıdakı kimidir:
I. Title bar – başlıq zolağı. Başlıq zolağında mausun sağ düyməsin bir dəfə vurmaqla, klaviaturadan isə Alt + Space düymələri ilə pəncərə menusunu (control menu) aça bilərik. Pəncərə menusunda aşağıdakı komandalar yerləşir :
Minimize
Alt + Space + N – maksimum kiçiltmək, gizlətmək. Bu komandanı
seçdiyimiz zaman açıqda olan pəncərə taskbarda yerləşir (gizlənir). Yenidən həmin
pəncərəni açmaq üçün taskbarda yerləşən pəncərənin adı üzərində sol düyməni 1
dəfə vurmaq lazımdır.
Maximize
Alt + Space + X – maksimum böyütmək. Bu
komandanı aktiv etdikdə pəncərə tam böyüyür. Maximize əmrini düymələri və başlıq zolağında sol
düyməni iki dəfə vurmaqla da aktiv edə bilərik. Restore down Alt + Space + R – bərpa etmək, yəni pəncərəni tam
böyütməmişdən əvvəlki vəziyyətinə qaytarmaq.
Size
– pəncərənin ölçüsünü dəyişmək.
Move – pəncərənin yerini
dəyişmək, yəni daşımaq. Pəncərəni bir yerdən başqa bir yerə daşımaq üçün başlıq
zolağında sol düyməni sıxılı saxlamqla daşıya bilərik.
Close Alt + F4– pəncərəni
bağlamaq.
Pəncərə
menusunda yerləşən Minimize,
Maximize və Close əmrləri
həmçinin başlıq zolağının sağ küncündə də yerləşir.
II. Address – ünvan bölümü. Açılan pəncərənin ünvanı
yerləşir.Bu bölüm vasitəsilə açıqda olan pəncərəni bağlamadan başqa bir
pəncərəyə keçə bilərik.
Search-axtarmaq. Kompyuterin yaddaşında olan hər
hansı bir məlumatı axtarmaq üçün bu bölümdən istifadə olunur.
III. Menu bar – menyular zolağı. Məs:
File, Edit, View və s.
IV. Toolbar – alətlər zolağı. Bu
zolaqda aşağıdakı komandalar yerləşir
Organize – təşkil etmək. Bu
menyunun tərkibinə məlumatlar üzərində daşıma, silmə, yenidən adlandırma və s.
əməliyyatlar aparmaq üçün əmrlər daxildir.
Properties – xassələr, xüsusiyyətlər. Seçilən qovluq və ya fayl
haqda məlumat verilir. Məs: Daxil etdiyimiz daşıyıcıda boş və ya dolu olan
yerlərin tutumunu bu bölümdən öyrənə bilərik.
System Properties – sistem haqqında məlumat. Bu bölümdə
kompyuterdə qurulu olan Əməliyyat sistemi, RAM və CPU – nun tutumunu öyrənə
bilərik. Bu bölümə 3 yolla daxil ola bilərik:
Uninstall or change a proqram – Proqramı silmək və ya dəyişdirmək. Bu
komandanı seçdiyimiz zaman kompyuterə sonradan yüklənən proqramların siyahısı
açılmış olur ki, istənilən bir proqramı seçib Uninstall seçməklə proqramı silmək, Change seçməklə dəyişdirmək olar. Məs: Corel
Draw 12 proqramının
versiyasını Corel Draw
15 versiyasilə dəyişdirə bilərik.
Open control panel – nəzarətçi
paneli açmaq.
V. Navigation Pane – idarə paneli. Bu paneldə
kompyuterin yaddaşındakı sürücü və qovluqlar yerləşir.
VI. Preview pane – öncədən
baxış paneli. Seçilən bölüm daxilindəki komandaları bu panel vasitəsilə görə
bilərik.
QEYD: Əgər Organize → Layout → Preview pane komandası qeyri
aktiv olarsa bu panel görüntüdə olmaz.
VII. Details pane – təslifat zolağı. Seçilən bölümün
tərkibi haqda məlumat bu zolaqda öz əksini tapır.
QEYD: Əgər Organize → Layout → Details pane komandası qeyri
aktiv olarsa bu panel görüntüdə olmaz.
VIII. Status bar – vəziyyət zolağı.
QEYD: Əgər View → Status
bar komandası
qeyri aktiv olarsa bu panel görüntüdə olmaz.
Hiç yorum yok:
Yorum Gönder