15 Şubat 2017 Çarşamba

Xarici qurğular - Əlavə xarici qurğular

Kompyuterə sonradan qoşulan qurğular əlavə xarici qurğular adlanır. Əlavə xarici qurğular aşağıdakılardır:

I. Printer – çap qurğusu. Kompyuterdəki informasiyanı kağız üzərinə çap edən qurğudur. Printerlərin aşağıdakı növləri var:
1. Barabanlı – drum
2. İynəli – dot-matrix
3. Çiçəkli-daisywheel
4. Lazerli
5. Şırnaqlı, mürəkkəbli – inject
6. Plotter - çertyojların, sxemlərin, xəritələrin ölçülərini düzgün çap etmək məqsədilə istifadə olunur.



          II. Scanner – darayıcı. Bu qurğu şəkli rəqəmli formaya salır. Yəni kağız üzərindəki məlumatın nüsxəsini kompyuterə köçürmək üçündür. Skanerlərin aşağıdakı növləri var:
1. Planşet şəkilli
2. Əl skaneri
3. Səhifələyən skaner.


            III. Dinamik (speakers) – səs ucaldan. İnformasiyanı səsli olaraq xaric edən qurğudur.








       IV. Modem – alıcı. Telefon xətti ilə internetə daxil olmaq üçün istifadə olunur. Modem sözü Modulator və Demodulator sözlərinin birləşməsindən əmələ gəlib. Modemlərin 2 növü var.
1. Daxili modem – internal
2. Xarici modem – external.







        V. UPS ( Uninterruptable Power Supply ) – sabitləşdirici, enerji mənbəyi, kəsilməz qida mənbəyi. Kompyuteri bir başa sönməkdən qoruyur. Kompyuterləri cərəyana qoşmağın ən yaxşı üsulu UPS-lərdir.









VI. Card reader – kart oxucu. USB vasitəsilə kompyuterə qoşulur. Bu qurğular həm mobil telefonların, həm də digital fotoaparatların kart yaddaşını kompyuterə köçürür.
 








           
VII. Flash disk – Flash disk USB vasitəsilə kompyuterə qoşulan xarici qurğudur. İnformasiyanı daşımaq üçün istifadə olunur.

VIII. Joystick – pultlar. Əsasəs oyunlarda istifadə olunur.
  

IX. Web camera – internetdə görüntülü olaraq əlaqə yaratmaq və görüntüləri kompyuterə daxil etmək üçün istifadə olunur.










X. Mikrofon – mikrofon. İnternetdə səsli olaraq əlaqə yaratmaq və həmçinin səsi yazmaq üçün istifadə olunur.











XI. Pasport reader – Pasport reader bir çox xarici ölkələrdə pasportların (şəxsiyyət vəsiqələrinin) üzərində olan məlumatları oxumaq üçündür.







XII. Barcode reader – barkodların oxunmasında istifadə olunur.

7 yorum: