Xarici
qurğuların iki növü var:
1. Əsas xarici qurğular
2. Əlavə xarici qurğular
Əsas xarici qurğular
I. Monitor - bu qurğuya
ekran və ya display də demək
olar. Verilənləri visual (görüntülü) şəkildə göstərmək üçün qurğudur. Monitor
kompyuterin əsas xarici qurğusudur. Televizor ekranına bənzəyir. Monitorların
diametri 14, 15, 17, 20 və 21
inch olur (21 inch ≈ 53,5 sm).
Monitorlar 2 növdə olur:
Əsas xarici qurğular

1. CRT (Cathode Ray Tube) - Elektron şüa borulu monitorlar. Əsas elementi
elektron şüa borusudur.
2. LCD (Liquid Crystal Display) - Maye kristallı display.
II.
Keyboard - klaviatura.
Kompyuterə informasiya daxil etmək, əmrlər vermək üçün qurğudur. Klavyaturanın
düymələri klaviş adlanır. Klavişlər QWERTY -
düzülüşündə yerləşir. Christopher Sholes yazı maşını ixtira edərkən QWERTY düzülüşünü məhz hərf və işarə
qollarının bir-birinə az toxunması məqsədilə yaratmışdır. Klaviatura düymələri F və Q tipli olur. Klaviaturanın tipi
onun ilk hərfi ilə müəyyən olunur. Biz latın qrafikalı əlifbadan istifadə
etdiyimizə görə Q tipli
klaviaturadan istifadə edirik. Klaviaturanın düymələri 4 hissədən ibarətdir:
2. Hərf bölməsi (A, B, C...)
3. Rəqəm bölməsi (0,1, 2, 3... 9)
4. Xüsusi düymələr (Ctrl, Shift,
Alt ...).

III. Case - sistem blok, sistem kassa da deyilir. Bütün daxili
qurğuları özündə saxlayan qutudur. Kompyuter sisteminin hər bir hissəsi ya
sistem blokunun içərisində yerləşir ya da ona xaricdən portlarla qoşulur.
Sistem bloklar müxtəlif quruluşlara malik olsalar da eyni funksiyanı yerinə
yetirir. Üzərində kompyuteri işə salmaq üçün Power (güc) düyməsi, kompyuteri yenidən başlatmaq üçün Restart
(yenidən başlamaq) düyməs, USB yuvaları, CD writer, DVD writer yerləşir.
IV.
Mouse - siçan. İnformasiyanı klaviaturaya nisbətən daha sürətli daxil edir.
İlk dəfə maus 1963-cü ildə Douglas Engelbart tərəfindən ixtira olunub. Maus 2
düymə və bir diyircəkdən ibarətdir. Sol düymə
primary-ilk ilkin düymə, sağ düymə secondary - ikinci düymə, diyircək-wheel adlanır. Mausun
sol düyməsinin 3 əsas vəzifəsi var:
1. Select - seçmək
3. Double click to open - ikili vuruşla açmaq
Mausun sağ düyməsi context (gizli) menuları
açır. Mausun diyircəyi isə sətirləri yuxarı-aşağı fırladır.
Salam
YanıtlaSil