17 Şubat 2017 Cuma

Daşıyıcılar və ölçü vahidləri

İnformasiyanın daşınması üçün lazım olan qurğular daşıyıcılar adlanır. Daşıyıcılara misal olaraq flash diskləri, CD (Compact disk) – ləri, DVD-ləri, disketləri misal göstərmək olar. Disketlər tutumları az olduğundan artıq istifadədən çıxarılıb. Standart CD – lər 700 Mb tutumuna malik olurlar. CD və DVD-lərə informasiya Nero, AshampooCD-DVD burner  proqramları vasitəsilə yazıla bilər. CD və DVD – lər iki növdə olurlar : CD–R, CD–RW, DVD–R, DVD–RW

Bunlardan başqa məlumatın daşınması və saxlanılması üçün Flash disklərdən də istifadə olunur. Flash disklər aşağıdakı məlumat tutumuna malikdirlər: 2 – 4 – 8 – 16 – 32 – 64 və s. Gb – dır.
Flash disklərə hər hansı bir məlumatı köçürmək üçün bir neçə üsuldan istifadə edirik:

1.Məlumatı seçib Cut və ya Copy əmrlərini seçib,daşıyıcı üzərində 
sağ düymə Paste əmrindən istifadə olunur.
2. Məlumatı seçib, üzərində sağ düymə  Send to (göndərmək).
3. Save in – bölüm içində yaddaş.
4. Move - sürüşdürməklə.

Ölçü vahidləri.
İnformasiyanın minimal ölçü vahidi bit qəbul edilmişdir. Bit 0 və 1–lərdən təşkil olunmuşdur.Bit kiçik ölçü vahidi olduğu üçün məlumatın təsvirində bayt-dan istifadə olunur: 1bayt = 8 bit olaraq götürülür. Böyük tutumlu məlumatların təsvirində kilobayt (Kb), meqabayt (Mb), qiqabayt (Qb), terabayt (Tb), petabayt, (Pb), eksabayt (Eb), zetabayt (Zb) ölçü vahidlərindən isifadə olunur.
1Kb =1024bayt = 210bayt
1Mb= 1024Kb =220bayt
1Qb = 1024Mb =230bayt
1Tb =1024Qbayt = 240bayt
1Pb = 1024Tb=250 bayt
1Eb=1024Pb=260bayt
1Zb=1024Eb=270bayt


1 yorum: