16 Şubat 2017 Perşembe

Viruslar və Antiviruslar

Viruslar
Kompyuter virusu çox kiçik ölçülü xüsusi yazılmış proqram olub, kompyuterdən istifadə olunan muxtəlif proqramları korlmaqla və ya proqramlara yoluxmaqla xoşagəlməz hadisələr yaradır. Tərkibinə virus daxil olmuş proqram yoluxmuş proqram adlanır.Belə olan halda hər hansı yoluxmuş proqram icra olunarkən kompyuterin idarəetmə sistemi virusun təsirinə məruz qalırsa bu zaman viruslu proqram digər proqramları korlayır, həm də kompyuterdə zərərli hallar əmələ gətirir. Diskdə yerləşən faylları, əməli fayılları çirkləndirir. Viruslu proqramlar öz işlərini yerinə yetirdikdən sonar idarə etməni yoluxduğu proqrama ötürür və sağlam proqram kimi işləyirlər. Viruslara missal olaraq Trajon, Advare, Spykare, Spam, Winfile və s.

Proqrama heç bir xəbərdarlıq edilmədən çox tez təsiretdiyindən onu iş prosesində aşkar etmək çox çətindir. Bu zaman kompyuterdə anlaşılmayan hallar baş verir. Bunlara misal aşağıdakılardır:

1. Kompyuterin işləməsi hiss ediləcək dərəcədə çətinləşir.
2. Monitorun ekranında işə aid olmayan mənasız pəncərələr açılır.
3. Monitorun ekranında informasiya itir.
4. Bəzi proqramlar işlərini dayandırır.
5. Əməliyyat sistemiylə disk arasında əlaqə pozulur.
6. Bəzi faylların ölçüsü dəyişir.
7. Kompyuter  özünü yükləmə prosesini həyata keçirmir.

Əgər yazılmış proqram həcmcə kiçikdirsə onu müşahidə etmək mümkün olmur. Ziyan vurmaq məqsədilə viruslu proqramlar tərtib edən proqramçılar bu işi həyata keçirmək üçün əsasən Assembler proqramlaşdırma dilinə üstünlük verirlər.

Virusların qarşısını almaq üçün inkişaf etmiş firmalar çoxlu sayda antivirus proqramları hazırlamışlar. Bunlara misal olaraq aşağıdakıları misal göstərmək olar: Avp, Avg, Norton, Nod 32, Kaspersky, Panda, M-Kafe, Pc-Cilin, Avast və s.

Hiç yorum yok:

Yorum Gönder