24 Şubat 2017 Cuma

Taskbar and Start menu properties – taskbar və start menunun xassələri (1)



I. Toolbars – alətlər zolağı. Toolbars alt menusunda aşağıdakı komandalar yerləşir.
1. Address – ünvan zolağı. Bu komandanı aktiv etdiyimiz zaman ünvan zolağı tapşırıqlar zolağında yerləşir. Komputerin yaddaşında olan hər hansı bir bölümün adını address bölümünə yazıb go əmrini və ya klaviaturadan enter düyməsini vurmaqla həmin bölümə daxil ola bilərik.
2. Links – birləşmələr. Bu komanda aktiv edildiyi halda Microsoft firmasına aid internet adreslərinin qısa yolları taskbarda yerləşir.
3. Tablet PC input Panel -daxil etme panelini gostərmək. Bu panel vasitəsi ilə daxil olunan məlumat­­ları bir başa yazı proqramına da əlavə etmək olar.
4. Desktop – işçi stolu. Əgər bu komandanı aktivləşdirsək, işçi stolda olan bütün standart və qeyri standart elementlər (icon) taskbarda yerləşər.
5. Language bar – dil zolağı. Aktiv olduqdadil bölümü taskbarda görsənir, qeyri aktiv olarsa görünmür. Aktivləşdirmək üçün üzərində sol düyməni bir dəfə vurmaq lazımdır.
6. New toolbar – yeni alətlər zolağı. Seçdiyimiz zaman bu komanda vasitəsilə komputerin yaddaşında olan hər hansı bir proqramları, qovluqları və ya elementləri taskbarda yerləşdirə bilərik. Bunun üçün taskbar üzərində sağ düyməni vurub Toolbars New toolbar açılan bölümdən taskbarda yerləşdirmək istədiyimiz bölümü seçib select folder vururuq.
 II. Cascade windows – üst - üstə, şəlalə pəncərə düzülüşü.
III. Show windows sctacked – Pəncərələrin üfüqi düzülüşü.
IV. Show windows side by side – Pəncərələrin şaquli düzülüşü.
Bu 3 komanda pəncərələrin düzülüş formalarıdır. Bu komandaların aktiv olması üçün ən azı 2 pəncərə açıqda olmalıdır.
V. Show the desktop – işçi stolunu göstər. Aktiv etdiyimiz zaman işçi stolda açıqda olan pəncərələr avtomatik taskbara minimize olunur və işçi stol görsənir. Bu komandanın qısa yolu klaviaturadan Winkey+D düymələr kombinasiyasıdır.
VI. Show open windows – Pəncərələri açıb göstərmək. Show the desktop komandasından istifadə etdiyimiz zaman bu əmr yaranır və taskbara minimize olunan pəncərələri açır.
VII. Start Task manager – tapşırıq təmsilçisini başlatmaq. Hər hansı bir pəncərə və ya proqram donduğu zaman onları bağlamaq üçün istifadə olunur. Bu əməliyyatı aparmaq üçün taskbar üzərində mausun sağ düyməsi task manager komandasını seçirik, bu zaman açıqda olan pəncərələrin adı applications bölümünə düşmüş olur ki, bu bölümdən bağlamaq istədiyimiz pəncərəni seçib end taks komandasını vururuq. Bu bölümü klaviaturadan Ctrl + Alt + Delete düymələri ilə aça bilərik.
VIII. Lock the taskbar – tapşırıqlar zolağını kilidləmək. Bu komanda aktiv olduqda tapşırıqlar zolağını bir yerdən başqa yerə daşımağımız, ölçüsünü dəyişməyimiz və address bölümündən istifadə etməyimiz mümkün deyil. İstifadə etmək üçün üzərində bir dəfə vurmaqla bu komandanı qeyri aktiv etməliyik.
IX. Properties –xassələr, xüsusiyyətlər. Bu komandanı seçdiyimiz zaman taskbarın xassələri və xüsusiyyətləri açılacaq. Bu dialoq qutusunu görüntüyə gətirmək üçün:
1.     Tapşırıq zolağı üzərində mausun sağ düyməsini seçdikdə açılan menyudan Properties əmrini seçməklə.
2.     Nəzarət paneli (Control Panel) pəncərəsinin tərkibində Taskbar and Start menu properties bölümünü seçməklə aça bilərik




2 yorum:

  1. Elvin bu nədir? 😀 oxu öyrən tətbiq et

    YanıtlaSil
  2. Dəyməz. təbii ki oxumasan, oxuduqlarını tətbiq etməsən heçnə örgənə bilmərsən. Paylaşım sərbəstdir. Hətta mümkün qədər ətrafınızdakı insanlar üçündə məsləhət görün. Çünki bu saytımın əsas məqsədi kiməsə köməyimin dəyməsidir.

    YanıtlaSil