15 Şubat 2017 Çarşamba

Xarici qurğular - Əlavə xarici qurğular

Kompyuterə sonradan qoşulan qurğular əlavə xarici qurğular adlanır. Əlavə xarici qurğular aşağıdakılardır:

I. Printer – çap qurğusu. Kompyuterdəki informasiyanı kağız üzərinə çap edən qurğudur. Printerlərin aşağıdakı növləri var:
1. Barabanlı – drum
2. İynəli – dot-matrix
3. Çiçəkli-daisywheel
4. Lazerli
5. Şırnaqlı, mürəkkəbli – inject
6. Plotter - çertyojların, sxemlərin, xəritələrin ölçülərini düzgün çap etmək məqsədilə istifadə olunur.

Xarici qurğular - Əsas xarici qurğular

Xarici qurğuların iki növü var:

1. Əsas xarici qurğular


2. Əlavə xarici qurğular

Əsas xarici qurğular



I. Monitor - bu qurğuya ekran və ya display də demək olar. Verilənləri visual (görüntülü) şəkildə göstərmək üçün qurğudur. Monitor kompyuterin əsas xarici qurğusudur. Televizor ekranına bənzəyir. Monitorların diametri 14, 15, 17, 20 və 21 inch olur  (21 inch ≈ 53,5 sm). Monitorlar 2 növdə olur:
1. CRT (Cathode Ray Tube) - Elektron şüa borulu monitorlar. Əsas elementi elektron şüa borusudur.


2. LCD (Liquid Crystal Display) - Maye kristallı display.

Kompyuterlərin quruluşuna görə növləri



Kompyuterlər quruluşuna görə 2 hissəyə ayrılır:

1.Hardware (aparat təminatı) - Mexaniki hissə.

Mexaniki hissə - gözlə görülə bilən, üzərində müəyyən əməliyyatların aparıldığı və toxunulması mümkün olan hissədir.


2.Software (proqram təminatı) - Proqram təminatı.


Proqram hissə - gözləgörülə bilən, üzərində müəyyən əməliyyatların aparıldığı, lakin toxunulması qeyri mümkün olan hissədir. 

Komputerlərin istifadə sahələrinə görə növləri

Komputerlər istifadə sahələrinə görə 2 yerə bölünür:

1. Şəxsi məqsədli komputerlər - Yəni hansı məqsədlə yaradılmışsa həmin sahədə xidmət edir. Məs: Elektron musiqi alətləri, məişətdə istifadə olunan Paltaryuyan, qabyuyan maşınları və s.
2. Ümumi məqsədli komputerlər - Proqramlanacaq hər işi görə bilən komputerlərdir. Yəni bir komputerə nero proqramı yükləyib cd yaza bilərik və ya Photoshop yükləyib şəkil montajı, Corel Draü yükləyib vektorlarla işləyə bilərik. Bununla əlaqəli misallar çox çəkmək olar. 

12 Şubat 2017 Pazar

Komputer haqqında ümumi məlumat...

Komputerin tərifiMükəmməl yaddaşa malik olub görülən işin gedişini qat-qat sürətləndirən və nəticəni uzun müddət yaddaşında saxlayaraq istifadəçiyə qüsursuz şəkildə təhvil verən EHM (Elektron Hesablama Maşını) komputer adlanır. Komputer əvvəllər hesablayıcı sonra isə komputer adlandırılıb.