Word proqramının pəncərə quruluşu
aşağıdakı kimidir.
1. Title bar - Başlıq çubuğu. Burada proqramın adı və element
işarəsi yerləşir.
Bu bölümün sağ tərəfində (minimize, maxmize, close, restore
down) əmrləri yerləşir. Sol tərəfdə isə Customize
Quick Access Toolbar adı altında qısa yol komandaları yerləşir. Aşağıdakı
ardıcıllıq vasitəsilə Customize Quick
Access Toolbar sürətli müraciət alət zolağını aşağıda və ya yuxarıda yerləşdirə
bilərik.
Menu
bar üzərində mouse-nin sağ düyməsi→Show Quick Access Toolbar Below (Above) the Ribbon
Customize
Quick Access Toolbar→Show below (above) the ribbon
File →Options→Quick Access Toolbar→Show Quick Access Toolbar Below (Above) the Ribbon
2. Menu
bar -Menyular çubuğu (9 əsas menyu var). Məs: Home, İnsert, Design, Page Layout və s.
Qeyd1: Menyulara daxil olmaq üçün 4 yoldan istifadə
olunur: İstənilən menyu üzərində mausun sol düyməsini bir dəfə vurmaqla; menyu
bar zolağında mausun diyircəyini firlatmaqla; klaviaturadan F6 düyməsini iki dəfə və Alt, F10 düyməsini bir dəfə vurmaqla menyular üzərinə hərf başlıqlarını
görüntüyə gətirə bilərik ki, bu zaman klaviaturadan Alt düyməsini sıxılı saxlayıb qeyd olunan hərfi vurmaqla menyulara
daxil ola bilərik. Məsələn Alt+H, Alt+N, Alt+R və.s
3.Ribbon
Lentlər zolağı bu bölümü görüntüyə gətirmək üçün menyu lenti üzərində sağ
düymə→Collapse the Ribbon. Qısa yolu Ctrl+F1 və ya menyu lenti üzərində sol
düyməni 2 dəfə vurmaqla.
4. Horizontal
ruler - Üfüqi xətkeş.
5. Vertical
ruler - Şaquli xətkeş.
Qeyd: Üfüqi və şaquli xətkeşlər vasitəsilə mətnləri müəyyən
istiqamətlərdə hərəkət etdirə bilərik.
6. Horizontal
scroll bar - Üfüqi sürüşdürmə çubuğu (bu bölümün görüntüyə gəlməsi üçün səhifənin
faizi 160%-dən çox olmalıdır.)
7. Vertical
scroll bar - Şaquli sürüşdürmə çubuğu.
8. Show Text
Boundaries - Mətn sərhəddi. Mətn sərhəddini görüntüyə gətirmək üçün Menu bar
üzərində sağ düymədən - Customize Quick Access Toolbar→ Advanced → Show
Text Boundaries aktivləşdirilir.
9. Status bar - Vəziyyət çubuğu. Aşağıdakı komandalar yerləşir.
1. Page - Kursorun yerləşdiyi səhifə nömrəsi
və sənəddəki səhifələrin sayı.
2. Words - Sözlərin sayı.
3. Proofing - Qrammatik səhvlərin yoxlanılması. F7
4. Dil bölümü.
QEYD 1: Page, Words, Languages və s. bölümləri
status bölümü üzərində sağ düymədən görüntüyə gətirib, yaxud görüntüdən itirə
bilərik.
Read Mode - Tam dolu
ekran, ikili səhifə
görünüşü.
Print Layout - Çap görünüşü.
Web Layout - İnternet görünüşü.
QEYD2: Word sənədinin normal görünüşü Print Layout - dur.
Zoom-Miqyas. Səhifənin faizlə ölçüsünü dəyişir,
lakin standart səhifə ölçüsü 100% - dir. (Səhifənin faizini max 500%, min 10%
artırıb, azalda bilərik.)
QEYD
3: Hər hansı sözü seçmək üçün → mausdan və ya Ctrl +
Shift + →, Ctrl + Shift + ← düymələrindən istifadə olunur. Sözü seçmənin ən asan yolu istənilən söz
üzərində durub Mouse-un sol düyməsini iki dəfə vurmaqdır. Mausun sol düyməsini
sənəd üzrində 1 dəfə vuranda kursor tıkladığımız yerə gəlir, 3 dəfə vuranda
paraqrafı seçir, Kursorun olduğu yerdən mətnin sonuna qədər olan sahəni seçmək
üçün Ctrl→Shift→End, kursorun olduğu yerdən mətnin başlanğıcına qədər olan sahəni
seçmək üçün Ctrl→Shift→Home düymələrindən istifadə olunur.
Salam worde ufuqi xetkesi nece elave ede bilerem?
YanıtlaSil