dialoq qutusu etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
dialoq qutusu etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

24 Şubat 2017 Cuma

Taskbar and Start menu properties – taskbar və start menunun xassələri (1)


Mausun ayarları – Mouse properties


Buttons – düymələr
Button configuration - düymələrin konfiqurasiyası.
Switch primary and secondary buttons – mausun sağ və sol düymələrinin funksiyasını dəyişmək.

Change desktop icons – işçi stolun elementlərini dəyişmək



Bu bölümdən yalnız standart elementləri görüntüdən itirmək və onların görüntüsünü dəyişdirmək mümkündür. Standart elementləri görüntüdən itirmək üçün Change icons desktop (işçi stolunun elementlərini dəyişmək) bölümünə daxil olub görüntüdən itirmək istədiyimiz element üzərində sol düyməni 1 dəfə vurmaqla qeyri aktiv edib ok apply ok vurmaqla görüntüdən itirə bilərik.

Screen Saver – Ekran qoruyucu


Ekran qoruyucu komputerdən istifadə etmədiyimiz müddətdə görüntüyə gəlir və rəngləri dincəlməyə məcbur edir.

Sound – səs


Recording – səsin yazılması. Bu bölüm vasitəsilə səsi kompyuterə yazmaq mümkündür. (Təbii ki, mikrafon olduqda)

Windows color – pəncərənin rəngi


Windows 7 proqramında pəncərələrin rəngini bu bölümdən dəyişirik. İstənilən bir rəng üzərində iki dəfə vurmaqla pəncərələrin rəngini dəyişə bilərik.
Enable transperency - şəffaflığı artırmaq
Color intensity – rəng intensivliyi
Show color mixer rəng qarışığını göstərmək
Hide color mixer rəng qarışığını gizlətmək
Hue çalar
Saturation – dolğunluq
Brightness – parlaqlıq
Advanced appearance settings.

Desktop backgroun - işçi stolunun arxafonu



Bu bölüm vasitəsilə işçi stolun arxa fon şəklini dəyişdirmək mümkündür. İşçi stolun arxa fon şəklini dəyişdirmək üçün Desktop background Picture location (şəkilin yeri) bölümündən şəklin yerini seçirik. Windows desktop background bölümündə Windows 7-yə məxsus stanadrt şəkillər yerləşir ki, istənilən şəkli seçib Save Changes (dəyişikliyi yaddaşa ver) vurmalıyıq. Qeyri standart şəkilləri arxa fona yerləşdirmək üçün Browse (gözdən keçirmək) bölümünə daxil oluruq, açılan bölümdən şəkillər olan qovluğu seçib arxa fona daxil edə bilərik. Qovluqda yerləşən şəkillərin hər birini işçi stolunun arxa fonuna daxil etmək üçün Select All komandasını aktivləşdirib Save Changes düyməsini vurmalıyıq. Bu zaman şəkillər Change picture every bölümündən seçilmiş vaxta əsasən dəyişilir.

Windows 7 əməliyyat sistemində işçi masasının arxa fonuna temaların tətbiqi


        X. Personalize – bu əmri seçdikdə açılan pəncərədə Windows 7 əməliyyat sisteminə aid temalar Aero themes bölməsində yerləşir ki bu temaların üzərinə bir dəfə tıklamaqla temanı işçi masasının arxa fonuna tətbiq edə bilərik. Bununla yanaşı Basic and High Contrast Themes yəni sadə temalar və internet üzərindən endirdiyimiz temalar və ya ayarlarını özümüzün qurduğu temalar var ki, bunlarda My themes bölümündə yerləşir.


Qovluq üzərində mausun sağ düyməsi


İşçi stol üzərində mausun sağ düyməsini vurub New (yeni) Folder (qovluq) seçməklə yeni bir qovluq yarada bilərik.


Qovluqlar müxtəlif növdə olur.  Məs: İşçi stol üzərində mausun sağ düyməsini vurub New Birefcase (çanta) və ya Compressed folder (sıxışdırılmış qovluq) seçməklə də müxtəlif növ qovluq yaratmaq olar. Qovluğun yaradılması üçün klaviaturada Ctrl + Shift + N düymələrindən istifadə olunur. Yaratdığımız qovluq üzərində mausun sağ düyməsini vurduğumuz zaman aşağıdakı kimi gizli bir menyu açılacaq.

File and Folder - Sənəd və Qovluq

File – sənəd, dosya. Sənədlər müxtəlif olurlar. Məs: Word sənədi, Excel sənədi və s. Yeni bir sənəd yaratmaq üçün işçi stol üzərində sağ düymə New (yeni) aşağıdakı sənədlərdən istədiyimiz bir sənəd üzərinə sol düyməni bir dəfə vurmaqla yarda bilərik.

İşçi stol üzərində mausun sağ düyməsi.


         Sağ düymə ilə açılan menular gizli menular (context) adlanır. Gizli menuları açmaq üçün klaviaturanın context düyməsindən istifadə olunur.
Əgər, əmrin qarşısında ox işarəsi olarsa bu ona aid gizli bir menunun olduğunu göstərir.



Dialoq qutuları

Komputerdə işləyərkən pəncərələrdən fərqli olaraq dialoq qutuları qarşımıza çıxır ki, bu dialoq qutuları bizimlə ünsiyyət yaradır və bizdən konkret cavab gözləyir. Dialoq qutularının özünəməxsus düymələri mövcuddur ki, bunlardan ən çox istifadə ediləni aşağıdakılardır:

17 Şubat 2017 Cuma

Windows 7 əməliyyat sistemi

İşçi stolda standart 5 element (icon) vardır.


1. User files – istifadəçi sənədləri. İstifadəçiyə aid olub və kompyuterin yaddaşında olan sənədlərin yerləşdiyi qovluqdur.

2. Computer – kompyuter. Sabit və qeyri sabit sürücülərə müraciət etmək üçün istifadə olunur. Yəni, sərt disk sürücüləri və bəzi qovluqların yerləşdiyi yer. Həmçinin flash disk, telefon və ya CD daxil etdiyimiz zaman bu bölümdən aça bilərik.

Windows 7 əməliyyat sistemində pəncərələrin quruluşu

Windows əməliyyat sistemi demək olar ki, pəncərələrdən təşkil olunmuşdur. Bu pəncərələrin hamısında ortaq interfeys (quruluş) mövcuddur. Pəncərələrin quruluşu aşağıdakı kimidir:   












Daşıyıcılar və ölçü vahidləri

İnformasiyanın daşınması üçün lazım olan qurğular daşıyıcılar adlanır. Daşıyıcılara misal olaraq flash diskləri, CD (Compact disk) – ləri, DVD-ləri, disketləri misal göstərmək olar. Disketlər tutumları az olduğundan artıq istifadədən çıxarılıb. Standart CD – lər 700 Mb tutumuna malik olurlar. CD və DVD-lərə informasiya Nero, AshampooCD-DVD burner  proqramları vasitəsilə yazıla bilər. CD və DVD – lər iki növdə olurlar : CD–R, CD–RW, DVD–R, DVD–RW

16 Şubat 2017 Perşembe

Viruslar və Antiviruslar

Viruslar
Kompyuter virusu çox kiçik ölçülü xüsusi yazılmış proqram olub, kompyuterdən istifadə olunan muxtəlif proqramları korlmaqla və ya proqramlara yoluxmaqla xoşagəlməz hadisələr yaradır. Tərkibinə virus daxil olmuş proqram yoluxmuş proqram adlanır.Belə olan halda hər hansı yoluxmuş proqram icra olunarkən kompyuterin idarəetmə sistemi virusun təsirinə məruz qalırsa bu zaman viruslu proqram digər proqramları korlayır, həm də kompyuterdə zərərli hallar əmələ gətirir. Diskdə yerləşən faylları, əməli fayılları çirkləndirir. Viruslu proqramlar öz işlərini yerinə yetirdikdən sonar idarə etməni yoluxduğu proqrama ötürür və sağlam proqram kimi işləyirlər. Viruslara missal olaraq Trajon, Advare, Spykare, Spam, Winfile və s.

Əməliyyat sistemi

Komputerlərin işləməsi üçün müxtəlif proqram təminatı lazımdır. Proqram təminatının bir nömrəli elementi əməliyyat sistemidir. Əməliyyat sistemi istifadəçi ilə komputer arasında ünsiyyət yaradan, sistemə yüklənmiş proqramların və onlara məxsus faylların işləməsini təmin edən, komputerə qoşulmuş olan aparat təminatını özünəməxsus qaydada sistemə tanıdan bir mühitdir. Əməliyyat sistemi komputerin bütün hissələrinin uzlaşmasına və səlist işləməsinə nəzarət edir. Əməliyyat sistemləri imkanlarına, əmrlər sisteminin tərkibinə, texniki vasitələrlə əlaqələrin təşkilinə və bir çox başqa funksiyalarına gorə bir birindən fərqlənir.

Daxili qurğular


İnformasiyanın işlənməsi üçün lazım olan qurğulara daxili qurğular deyilir. Daxili qurğular aşağıdakılardır:

1. Motherboardana plata. Buna mainboard, system board və ya materinka da deyilir. Ana plata bütün qurğular arasında yol rolunu oynayır. Komputer ilk yükləndiyi zaman ana platada olan xüsusi proqram təminatından istifadə edərək yüklənir ki, bu da BİOS (Basic İnput Output System) adlanır. 
BİOS mikrosxem deməkdir. Ana plata üzərində BİOSRAM mikrosxemləri, genişləndirmə slotları (yuvalar), digər əsas qurğular yerləşir. Xaricdə gördüyümüz giriş və çıxış yuvaları isə portlar adlanır. Portlar komputerin digər qurğularla əlaqəsini təmin edir. Portlar paralelserial olmaqla 2 yerə ayrılır. Paralel portlar LTP1 və LTP2, serial portlar isə COM1 və COM2  adlanır.

15 Şubat 2017 Çarşamba

Xarici qurğular - Əlavə xarici qurğular

Kompyuterə sonradan qoşulan qurğular əlavə xarici qurğular adlanır. Əlavə xarici qurğular aşağıdakılardır:

I. Printer – çap qurğusu. Kompyuterdəki informasiyanı kağız üzərinə çap edən qurğudur. Printerlərin aşağıdakı növləri var:
1. Barabanlı – drum
2. İynəli – dot-matrix
3. Çiçəkli-daisywheel
4. Lazerli
5. Şırnaqlı, mürəkkəbli – inject
6. Plotter - çertyojların, sxemlərin, xəritələrin ölçülərini düzgün çap etmək məqsədilə istifadə olunur.

Xarici qurğular - Əsas xarici qurğular

Xarici qurğuların iki növü var:

1. Əsas xarici qurğular


2. Əlavə xarici qurğular

Əsas xarici qurğular



I. Monitor - bu qurğuya ekran və ya display də demək olar. Verilənləri visual (görüntülü) şəkildə göstərmək üçün qurğudur. Monitor kompyuterin əsas xarici qurğusudur. Televizor ekranına bənzəyir. Monitorların diametri 14, 15, 17, 20 və 21 inch olur  (21 inch ≈ 53,5 sm). Monitorlar 2 növdə olur:
1. CRT (Cathode Ray Tube) - Elektron şüa borulu monitorlar. Əsas elementi elektron şüa borusudur.


2. LCD (Liquid Crystal Display) - Maye kristallı display.