27 Şubat 2017 Pazartesi

God mode


God Mode türkcə desək tanrı modu J
Kimsə üçün control panel cansıxıcı görünürsə, bütün ayarları bir pəncərə daxilində yerləşdirmək istəyirsə God mode funksiyasından istifadə edə bilər. Bunun üçün görəcəyimiz iş çox sadədir. Yeni bir qovluq yaradırıq və bu qovluğun adını

Gizli temaları necə görüntüyə gətirə bilərik?

Windows 7 əməliyyat sistemində bir neçə gizli temalar vardır. Bunlar müxtəlif reginolar üçün nəzərdə tutlmuşdur. Bəs biz bu temaları necə görüntüyə gətirə bilərik? Bunun üçün biz əvvəlcə əməliyyat sisteminin qorunan sənədlərini gizlilikdən çıxarmalıyıq.

İnternet

İnternet — komputer sistemlərinin bir-birinə bağlı olduğu, dünya səviyyəsində yayımlanan və daim olaraq inkişaf edən əlaqə şəbəkəsidir.
İnternet istifadəçilərinin “məlumatın saxlanması, paylaşması və rahat əldə olunması” istəkləri nəticəsində yaranmış bir texnologiyadır. Bu texnologiyanın köməyi ilə insanlar məlumatları rahat şəkildə əldə edə bilirlər. İnterneti çox böyük bir kitabxanaya bənzədə bilərik. Bu gün İnternet demək olar ki, dünyanın bütün ölkələrini əhatə edir və onun istifadəçilərinin sayı günbəgün artır. İnternet İnternational Network sözündən götürülən Beynəlxalq şəbəkə deməkdir.

Microsoft Word 2013


Microsoft Word – mətn prosessoru olub, müxtəlif mürəkkəblik dərəcəsinə malik sənədlərin yığılması, redaktə edilməsi, tərtibatı və çap edilməsi üçün istifadə edilən və həm klaviatura, həm də maus vasitəsilə asanlıqla istifadə edilən ən geniş yayılmış mətn redaktorlarından biridir. Word proqramı sənədlərlə işləmək üçün istifadəçiyə aşağıdakı imkanları verir:

Windows update - Əməliyyat sisteminin yenilənməsi

Windows update Əməliyyat sisteminin təyin edilmiş parametrlərini nəzərə alaraq internet üzərindən yenilənməsi təmin edilir. Change Settings (Parametrlərin dəyişdirilməsi) – Əməliyyat sisteminin internet üzərindən yenilənməsi üçün parametrləri dəyişdirilir.

User Accounts - istifadəçi hesabları

Bu bölüm vasitəsi ilə yeni istifadəçi hesabı yaratmaq və yaradılmış istifadəçi bölümlərinin parametrlərini dəyişdirmək olar.

Desktop Gadgets - Mini proqramlar

Desktop Gadgets işçi stoluna mini proqramlar əlavə edir. Bu bölümdən istifadə etməklə istənilən faydalı məlumatı əldə edə bilərik, hətta internetdən əldə olunmuş informasiyanı, xəbər başlıqlarını, hava proqnozunu, aksiyaların kursunu və.s tipli informasiyaları özündə əks etdirir. Əvvəlki dərslərimizdə də qeyd etmişdim ki, bu bölümə işçi stolunda mausun sağ düyməsini vurmaqlada daxil ola bilərik.

Speech recognition – Tələffüz.


İngilis dilində olan sözlərin düzgün tələffüzünü öyrənmək mümkündür.

Programs and Features - Proqramlar və Xüsusiyyətlər

Programs and Features - Kompyuterə sonradan yüklən­miş olan proqramlar burada yerləşir.
Uninistall or change a program –(proqramların dəyişdirilməsi və ya silinməsi) sahəsində Uninistall (geri yükləmək) – qeyd olunan proqramı silir.

Troubleshooting - Problemi aradan qaldırmaq

Troubleshooting Kompyuterdə proqramlar və qurğular sahəsində olan problemləri aşkar edir və problemləri aradan qaldırır. Bölümü seçdikdə açılan pəncərədə nasazlıqların olduğu bölüm seçilir, yoxlama aparılır. 

Power options – güc parametrləri

Bu bölümdən müəyyən vaxt ərzində monitor və sərt diski (hard disk) söndürə bilərik.

Bu bölümə həmçinin işçi stol üzərində sağ düymə Personalize Screen Saver Change power settings bölümündən də daxil ola bilərik.

Parentral Controls - Valideyin nəzarəti

Parentral Controls – aktiv istifadəçi bölümünün valideyin nəzarətində saxlanılmasını təmin edir. Buradan yeni istifadəçi bölümü yaratmaq və ya aktiv istifadəçi bölümünə şifrə daxil etmək olar. 

Easy of access center - əlverişlili parametrlər, asanlaşdırma mərkəzi

Easy of access center - əlverişlili parametrlər. Bu bölüm vasitəsilə kompyuterin işini fiziki qüsurlu şəxslər üçün tənzimləmək mümkündür. Qısa yolu Winkey + U düymələrinin kombinasiyalarıdır.

Remote App and Desktop connections – işçi stolu idarəçisi

Remote App and Desktop connections – uzaq işçi stolu idarəçisidir.
Set up a new connection with Remote App and Desktop connections – üzərində bir dəfə vurduğumuz zaman dialoq qutusu açılmış olur ki,

Notification Area İcons - Bildiriş sahəsinin elementləri

Notification Area İcons Bu pəncərədə yerləşən komandalar vasitəsi ilə bildirişlər sahəsindəki istənilən bir komandanı görüntüyə gətirə və ya görüntüdən itirə bilərik.

Turn system icons on or off sistem elementlərini görüntüyə gətirmək və ya itirmək.

Keyboard – Klaviatura

Bu bölüm vasitəsi ilə klaviaturada düymələrin ləngimə aralığı və təkrar olunma sürəti təyin olunur.

Date and time – tarix və saat

Date and time – tarix və saat bölümüdür.
Komputerdə tarix və zamanı bu bölümdən təyin edirik. Change data and time bölümünə daxil olmaqla

Control panel - Auto Play

Auto Play audio CD, DVD, proqramlar, oyunlar, şəkil, video, musiqi fayılları, boş CD və DVD – lərin, flash cardların açılış parametrlərini təyin etmək üçün istifadə olunur. Use Auto Play for all media and devices - bölümü aktiv olduqda bütün sürücü və media faylları üçün avtomatik açılışı təmin edir.

Window Defender – Windowsun qoruyucu divarı.

Komputeri zərərli proqramlardan və viruslardan qoruyur, onların icrasının qarşısını alır. Necə ki, bizim yaşadığımız evdə də divarlar evin qoruyucu divarıdır, bizi kənar təsirlərdən, mikroblardan qoruyur eynilə windows defender bölümüdə bir növü komputer daxilində olan antivirus rolunu oynayır.

System - sistem

Sistem haqqında məlumatlar bu bölümdə yerləşir.

Bu bölümdə komputerdə qurulu olan Əməliyyat sisteminin adını, RAM-ın, CPU-nun tutumunu öyrənə bilərik. Bu bölümə bir neçə yolla daxil olamaq olar.

Regional and language options – Ərazi və dil parametrləri. (3)

Administrative bölməsindən Copy settings əmrini seçdiyimiz zaman qarşımıza çıxan pəncərədə administrator ayarlarını təyin edirik.

Regional and language options – Ərazi və dil parametrləri. (2)

Keyboards and language – Klaviatura və dillər səhifəsidir ki, buradan həm komputerin dilini, həmdə klaviatura dilini dəyişə bilərik.

Regional and language options – Ərazi və dil parametrləri. (1)

Formats – formatlar səhifəsində tarix və zaman forması seçilir. Buradan ölkə olaraq Azərbaycan seçdiyimiz zaman komputerdəki tarix və zaman formatları Azərbaycan dilində göstəriləcək.

İnternet options - İnternet parametrləri.

Daxil olduğumuz zaman Internet options - internet parametrləri adlı dialoq qutusu açılmış olacaq ki, qutunun Home page səhifəsində, Use current – üzərində sol düyməni vursaq - hər dəfə internet proqramına ilk daxil olduğumuz zaman hal-hazırda aktiv olan internet səhifəsi görüntüdə olacaq. İnternetdən istifadə etmədiyimiz zaman bu komanda qeyri-aktiv olacaq.

Fonts-fontlar, şiriftler (2)

Komputerə daxil etdiyimiz bütün şrift (font növləri) burada yerləşir və əvvəlki dərslərimizdə qeyd etdiyimiz kimi fontlar bizim proqramlar üzərində işləyərkən yazı formalarımızı təyin edir. Xüsusilədə montaj proqramlarında işləyərkən yazı fontlarına ehtiyac dahada çox artır.

Fonts-fontlar, şiriftler (1)

Komputerə daxil etdiyimiz bütün şrift (font növləri) burada yerləşir. 
Fontlar bizim proqramlar üzərində işləyərkən yazı formalarımızı təyin edir.

Devices and printers - Qurğular və Printerlər

Devices and printers Komputerdə yüklü olan əlavə qurğuların yerləşdiyi bölümdür. 

Recovery - Sistemin bərpası

Recovery Sistemdə olunan dəyişiklikləri əvvəlki rejimə bərpa edir.

24 Şubat 2017 Cuma

Control panel - Folder options

Folder options - qovluğun parametrləri. Bu dialoq qutusuna 3 yolla daxil olmaq olar.
Control panel- Folder options
Dialoq qutusuna qovluq pəncərəsində Tools menyusundan Folder options əmrini seçməklə.
Qovluq pəncərəsində Orqanize - menyusunda Folder and searsh options əmrini seçməklə daxil olmaq olar.

Device Manager - Sürücü təmsilçisi.

Komputerdə bütün qurğuların öz funksiyasını yerinə yetirməsi üçün onların sürücüləri komputerə yüklü olur. Yüklü olan sürücülərin yerləşdiyi bölüm Device Manager-dir. 

Action center and Color Management - Hərəkət mərkəzi və Rəngli idarə etmə

Action center  - Hərəkət mərkəzi


Komputerdə olan problemləri bildirir. Bu bölümdə edilən xəbərdarlıqları nəzərə alaraq (internet şəbəkəsindən istifadə edərək) problemləri aradan qaldıra bilərik.  Misal olaraq, əgər kompyuterdı antivirusun aktivasiya vaxtı bitibdirsə bizə xəbərdarlıq mesajı Action center ilə gəlir ki, bizdə bu problemi aradan qaldıra bilərik.

Control Panel – Nəzarət paneli


Qurğuların əlavə edilməsi, dil parametrlərinin dəyişdirilməsi, istifadəçi bölümünün yaradılması, yazı fonlarından istifadə edilməsi, səs ayarlarının düzəldilməsi, mausun xassələri, şəbəkə parametrləri, rəng parametrləri, əməliyyat sisteminin yenilənməsi və s. bu bölmədə yerləşir.

Recycle bin - Çöp qutusu üzərində mausun sağ düyməsi


Çöp qutusu – Recycle bin. Buna geri dönüş qutusu da deyilir. Delete əmri ilə sildiyimiz məlumatlar çöp qutusunda yerləşir. Hər hansı bir məlumatı tamamilə silmək üçün Shift + Delete düymələrindən istifadə olunur. Komputerin ümümiyyətlə yaddaşından silinən məlumatları geri qaytarmaq üçün Recovery proqramından istifadə olunur. Hər hansı bir məlumatı delete əmri ilə sildikdə çöp qutusuna düşür. Çöp qutusuna düşən məlumatı delete əmri ilə silsək bu məlumat ümümiyyətlə komputerin yaddaşından silinər. Çöp qutusuna düşən hər hansı bir məlumatı geri qaytarmaq üçün çöp qutusunu açıb məlumat üzərində sağ düymə Restore əmrindən istifadə olunur. Çöp qutusu üzərində mausun sağ düyməsini vurduqda aşağıdakı kimi bir gizli menyu açılır.

Proqramlar


Əməliyyat sistemində proqramlar 2 yerə ayrılır.
Standart proqramlar - komyuterə əməliyyat sistemi ilə birgə yazılan proqramlardır.
Qeyri standart proqramlar - komyuterə sonradan əlavə olunan proqramlardır. Nero, Photoshop, Microsoft Office və bunlar kimi milyonlarla proqramı misal göstərmək olar.
Qeyd: Windows media player - media oxuducusu və ya oynadıcısı. CD, DVD –lərin oxudulmasında, film və klip izləmədə, musiqi dinləmə və s. zamanı istifadə olunur.

Start menu – Başlanğıc menyusu


         Start menu Windows əməliyyat sisteminin əsas menusudur. Start menu taskbarda yerləşir. Start menunu klaviaturadan winkey düyməsi ilə, əgər klaviaturada winkey düyməsi yoxdursa Ctrl + Esc düymələri ilə aça bilərik.

Taskbar and Start menu properties – taskbar və start menunun xassələri (3)


Start menu properties – başlanğıc menusu xüsusiyyətlərinə daxil olduğumuz zaman qarşımıza aşağıdakı komandalar çıxır.

Taskbar and Start menu properties – taskbar və start menunun xassələri (2)



Qutunun tapşırıq zolağı (Taskbar) səhifəsində Lock the taskbar – tapşırıqlar zolağını kilidləmək.

Taskbar and Start menu properties – taskbar və start menunun xassələri (1)


Mausun ayarları – Mouse properties


Buttons – düymələr
Button configuration - düymələrin konfiqurasiyası.
Switch primary and secondary buttons – mausun sağ və sol düymələrinin funksiyasını dəyişmək.

Change desktop icons – işçi stolun elementlərini dəyişmək



Bu bölümdən yalnız standart elementləri görüntüdən itirmək və onların görüntüsünü dəyişdirmək mümkündür. Standart elementləri görüntüdən itirmək üçün Change icons desktop (işçi stolunun elementlərini dəyişmək) bölümünə daxil olub görüntüdən itirmək istədiyimiz element üzərində sol düyməni 1 dəfə vurmaqla qeyri aktiv edib ok apply ok vurmaqla görüntüdən itirə bilərik.

Screen Saver – Ekran qoruyucu


Ekran qoruyucu komputerdən istifadə etmədiyimiz müddətdə görüntüyə gəlir və rəngləri dincəlməyə məcbur edir.

Sound – səs


Recording – səsin yazılması. Bu bölüm vasitəsilə səsi kompyuterə yazmaq mümkündür. (Təbii ki, mikrafon olduqda)

Windows color – pəncərənin rəngi


Windows 7 proqramında pəncərələrin rəngini bu bölümdən dəyişirik. İstənilən bir rəng üzərində iki dəfə vurmaqla pəncərələrin rəngini dəyişə bilərik.
Enable transperency - şəffaflığı artırmaq
Color intensity – rəng intensivliyi
Show color mixer rəng qarışığını göstərmək
Hide color mixer rəng qarışığını gizlətmək
Hue çalar
Saturation – dolğunluq
Brightness – parlaqlıq
Advanced appearance settings.

Desktop backgroun - işçi stolunun arxafonu



Bu bölüm vasitəsilə işçi stolun arxa fon şəklini dəyişdirmək mümkündür. İşçi stolun arxa fon şəklini dəyişdirmək üçün Desktop background Picture location (şəkilin yeri) bölümündən şəklin yerini seçirik. Windows desktop background bölümündə Windows 7-yə məxsus stanadrt şəkillər yerləşir ki, istənilən şəkli seçib Save Changes (dəyişikliyi yaddaşa ver) vurmalıyıq. Qeyri standart şəkilləri arxa fona yerləşdirmək üçün Browse (gözdən keçirmək) bölümünə daxil oluruq, açılan bölümdən şəkillər olan qovluğu seçib arxa fona daxil edə bilərik. Qovluqda yerləşən şəkillərin hər birini işçi stolunun arxa fonuna daxil etmək üçün Select All komandasını aktivləşdirib Save Changes düyməsini vurmalıyıq. Bu zaman şəkillər Change picture every bölümündən seçilmiş vaxta əsasən dəyişilir.

Windows 7 əməliyyat sistemində işçi masasının arxa fonuna temaların tətbiqi


        X. Personalize – bu əmri seçdikdə açılan pəncərədə Windows 7 əməliyyat sisteminə aid temalar Aero themes bölməsində yerləşir ki bu temaların üzərinə bir dəfə tıklamaqla temanı işçi masasının arxa fonuna tətbiq edə bilərik. Bununla yanaşı Basic and High Contrast Themes yəni sadə temalar və internet üzərindən endirdiyimiz temalar və ya ayarlarını özümüzün qurduğu temalar var ki, bunlarda My themes bölümündə yerləşir.


Qovluq üzərində mausun sağ düyməsi


İşçi stol üzərində mausun sağ düyməsini vurub New (yeni) Folder (qovluq) seçməklə yeni bir qovluq yarada bilərik.


Qovluqlar müxtəlif növdə olur.  Məs: İşçi stol üzərində mausun sağ düyməsini vurub New Birefcase (çanta) və ya Compressed folder (sıxışdırılmış qovluq) seçməklə də müxtəlif növ qovluq yaratmaq olar. Qovluğun yaradılması üçün klaviaturada Ctrl + Shift + N düymələrindən istifadə olunur. Yaratdığımız qovluq üzərində mausun sağ düyməsini vurduğumuz zaman aşağıdakı kimi gizli bir menyu açılacaq.

File and Folder - Sənəd və Qovluq

File – sənəd, dosya. Sənədlər müxtəlif olurlar. Məs: Word sənədi, Excel sənədi və s. Yeni bir sənəd yaratmaq üçün işçi stol üzərində sağ düymə New (yeni) aşağıdakı sənədlərdən istədiyimiz bir sənəd üzərinə sol düyməni bir dəfə vurmaqla yarda bilərik.

İşçi stol üzərində mausun sağ düyməsi.


         Sağ düymə ilə açılan menular gizli menular (context) adlanır. Gizli menuları açmaq üçün klaviaturanın context düyməsindən istifadə olunur.
Əgər, əmrin qarşısında ox işarəsi olarsa bu ona aid gizli bir menunun olduğunu göstərir.



Dialoq qutuları

Komputerdə işləyərkən pəncərələrdən fərqli olaraq dialoq qutuları qarşımıza çıxır ki, bu dialoq qutuları bizimlə ünsiyyət yaradır və bizdən konkret cavab gözləyir. Dialoq qutularının özünəməxsus düymələri mövcuddur ki, bunlardan ən çox istifadə ediləni aşağıdakılardır:

17 Şubat 2017 Cuma

Windows 7 əməliyyat sistemi

İşçi stolda standart 5 element (icon) vardır.


1. User files – istifadəçi sənədləri. İstifadəçiyə aid olub və kompyuterin yaddaşında olan sənədlərin yerləşdiyi qovluqdur.

2. Computer – kompyuter. Sabit və qeyri sabit sürücülərə müraciət etmək üçün istifadə olunur. Yəni, sərt disk sürücüləri və bəzi qovluqların yerləşdiyi yer. Həmçinin flash disk, telefon və ya CD daxil etdiyimiz zaman bu bölümdən aça bilərik.

Windows 7 əməliyyat sistemində pəncərələrin quruluşu

Windows əməliyyat sistemi demək olar ki, pəncərələrdən təşkil olunmuşdur. Bu pəncərələrin hamısında ortaq interfeys (quruluş) mövcuddur. Pəncərələrin quruluşu aşağıdakı kimidir:   












Daşıyıcılar və ölçü vahidləri

İnformasiyanın daşınması üçün lazım olan qurğular daşıyıcılar adlanır. Daşıyıcılara misal olaraq flash diskləri, CD (Compact disk) – ləri, DVD-ləri, disketləri misal göstərmək olar. Disketlər tutumları az olduğundan artıq istifadədən çıxarılıb. Standart CD – lər 700 Mb tutumuna malik olurlar. CD və DVD-lərə informasiya Nero, AshampooCD-DVD burner  proqramları vasitəsilə yazıla bilər. CD və DVD – lər iki növdə olurlar : CD–R, CD–RW, DVD–R, DVD–RW

16 Şubat 2017 Perşembe

Viruslar və Antiviruslar

Viruslar
Kompyuter virusu çox kiçik ölçülü xüsusi yazılmış proqram olub, kompyuterdən istifadə olunan muxtəlif proqramları korlmaqla və ya proqramlara yoluxmaqla xoşagəlməz hadisələr yaradır. Tərkibinə virus daxil olmuş proqram yoluxmuş proqram adlanır.Belə olan halda hər hansı yoluxmuş proqram icra olunarkən kompyuterin idarəetmə sistemi virusun təsirinə məruz qalırsa bu zaman viruslu proqram digər proqramları korlayır, həm də kompyuterdə zərərli hallar əmələ gətirir. Diskdə yerləşən faylları, əməli fayılları çirkləndirir. Viruslu proqramlar öz işlərini yerinə yetirdikdən sonar idarə etməni yoluxduğu proqrama ötürür və sağlam proqram kimi işləyirlər. Viruslara missal olaraq Trajon, Advare, Spykare, Spam, Winfile və s.

Əməliyyat sistemi

Komputerlərin işləməsi üçün müxtəlif proqram təminatı lazımdır. Proqram təminatının bir nömrəli elementi əməliyyat sistemidir. Əməliyyat sistemi istifadəçi ilə komputer arasında ünsiyyət yaradan, sistemə yüklənmiş proqramların və onlara məxsus faylların işləməsini təmin edən, komputerə qoşulmuş olan aparat təminatını özünəməxsus qaydada sistemə tanıdan bir mühitdir. Əməliyyat sistemi komputerin bütün hissələrinin uzlaşmasına və səlist işləməsinə nəzarət edir. Əməliyyat sistemləri imkanlarına, əmrlər sisteminin tərkibinə, texniki vasitələrlə əlaqələrin təşkilinə və bir çox başqa funksiyalarına gorə bir birindən fərqlənir.

Daxili qurğular


İnformasiyanın işlənməsi üçün lazım olan qurğulara daxili qurğular deyilir. Daxili qurğular aşağıdakılardır:

1. Motherboardana plata. Buna mainboard, system board və ya materinka da deyilir. Ana plata bütün qurğular arasında yol rolunu oynayır. Komputer ilk yükləndiyi zaman ana platada olan xüsusi proqram təminatından istifadə edərək yüklənir ki, bu da BİOS (Basic İnput Output System) adlanır. 
BİOS mikrosxem deməkdir. Ana plata üzərində BİOSRAM mikrosxemləri, genişləndirmə slotları (yuvalar), digər əsas qurğular yerləşir. Xaricdə gördüyümüz giriş və çıxış yuvaları isə portlar adlanır. Portlar komputerin digər qurğularla əlaqəsini təmin edir. Portlar paralelserial olmaqla 2 yerə ayrılır. Paralel portlar LTP1 və LTP2, serial portlar isə COM1 və COM2  adlanır.