13 Mart 2017 Pazartesi

Klaviatura düymələri haqqında

Düymələrin funksiyaları aşağıdakı foramadadır:
klaviatura

Esc – (Escape – qaçış, qurtuluş, çıxış) hər hansı bir rejimi ləğv etmək və ya proqramı sona çatdırmaq üçün istifadə edirik.
F1 – (help – kömək) kömək pəncərəsini ekrana çağırmaq üçündür.
Enter – (daxil etmə, bəzi yerlərdə Return – geri qayıtma) yazı makinasında olan yeni sətrə keçid əməlini əvəz edir.
Shift (sürüşdürmə) – daxil edilən informasiyanın qeydiyyatını dəyişir və ardıcıl seçimlər üçün istifadə edilir maus ilə birlikdə;
Caps Lock (baş hərfləri qeyd etmək) – hərfləri böyük yazmaq üçündür;
Tab – Tabulyator düyməsi – göstəricinin yerini dəyişmək üçündür, yazı proqrmalarında isə abzas;
Alt (alternative – alternativ) və Ctrl (control – nəzarət) düyməsi. Shift düyməsi kimi bu iki düymələrlə birlikdə xüsusi situasiyalarda istifadə edilir;
Bakscape (geri qayıtma) – əvvəlki simvolu ləğv etmək üçün göstəricini bir addım geriyə köçürmək üçündür, yazı proqramlarında sola doğru mətni silir;
PrintSc (print screen ekranın çapa verilməsi) və Sifth düymələrini birlikdə basdıqda ekranda olan informasiya çapa verilir;
Scroll Lock (fırlanmanı qeyd etmək) – düyməsi basıldıqda göstərici ekranda elə bir vəziyyət alır ki, ekranda olan informasiyanı optimal idarə etmək mümkün olsun.
Göstəricinin hərəkətini idarə edən düymələr. Monitorda görünən proqramın işçi sahəsi üzrə mausun göstəricisini (kursoru) hərəkət etdirmək üçün istifadə edilir. Bu düymələr klaviaturanın sağ tərəfində aşağı hissədə yerləşir. “, , , . Bu düymələr uyğun istiqamətlərdə göstəricini hərəkət etdirir. Nisbətən yuxarıda yerləşən Home (başlanğıc) və End (Son) düymələri göstəricini sənədin və ya sətrin uyğun olaraq əvvəlinə və sonuna gətirir.
-                  PgUp (Page Up) – bir sətir yuxarı
-                  PGDn (Page Dovvn) – bir səhifə aşağı
-                  İns (İnsert – yerləşdirmək və ya araya salmaq) və Del (delete – silmək və ya xətt çəkmək) düymələri müəyyən simvolu araya salmaq və ya göstəricinin qarşısındakı simvolu silmək üçün istifadə olunur.

6 yorum: