2 Mart 2017 Perşembe

Home menyusu (1)


Home Alt + H- Başlanğıc menyusu. Əməliyyat sistemindən bəlli olduğu kimi Alt düyməsinin funksiyası menyu zolağını göstərməkdir.
QEYD 1: Menyulara klaviaturadan daxil olmaq üçün Alt düyməsini sıxılı saxladıqda bizi hansı hərfi vuracağımız haqqında məlumatlandırır.

Cut Ctrl + X – Kəsmək. Mətni kəsib başqa yerə daşımaq üçün istifadə olunur.
Copy Ctrl + C -Kopyalamaq. Mətnin nüsxəsini artırmaq üçün istifadə olunur.
Cut copy əmrlərini aktivləşdirmək üçün səhifəyə məlumat daxil edib seçirik.
QEYD 1: Cut, Copy əmri vasitəsi ilə yaddaşa götürülmüş mətni Paste əmri ilə istənilən yerdə yapışdırmaq olar.
Paste Ctrl + V –Yapışdırmaq.
Paste Special – Xüsusi yapışdırmaq. Məs: Hər hansı bir yazını seçib kopyaladıqdan sonra Şəkil formatında yapışdırmaq istəyiriksə – Bitmap komandasını seçirik.
Format Painter Ctrl+Shift+C və ya Ctrl+Shift+VBir paraqrafa (sətirə) verdiyimiz formatı başqa bir paraqrafa da tətbiq edir.
Clipboard – Bufer yaddaş. Hər hansı bir məlumatı yaddaşa götürüb, istədiyimiz zaman ondan istifadə etmək olar (Məs: № işarəsi, w hərfini yazmaq üçün hər dəfə dili dəyişmirik, bu bölümü açıb yazdığımız məlumatı kopyalayıb clipboard bölməsinə salmaqla istifadə edə bilərik). Clipboard – da max 24 məlumat yaddaşda saxlaya bilərik. Bu isə Ram-ın həcmindən asılıdır.
1. Show Office Clipboard When Ctrl+C Pressed Twice – Bu komanda aktiv olarsa, Office Clipboard paneli Ctrl+C düymələrinin ikili vuruşu ilə açılır.
2. Show Office Clipboard icon on taskbar – Aktiv olduğu zaman Clipboard panelinin elementi taskbarda göstərilir.
3. Show Status near Taskbar when copying – Aktiv olarsa məlumatı Ctrl+C düyməsi vasitəsilə buffer yaddaşa götürdüyümüz zaman taskbar yaxınlığında məlumat göstərilir.

Font Ctrl+Shift+F – Şriftlər, hərflər.
Font style Ctrl+Shift+P – Hərfin formaları.
Size Ctrl+Shift+P – Ölçü. Standart yazı ölçüsü 14 olmalıdır (max 1638).
İncrease Font size Ctrl+Shift+Ş – Şriftləri böyütmək.
Decraese Font size Ctrl+Shift+Ç – Şriftləri kiçiltmək.
Change case Shift + F3 – Hərfin dəyişilməsi.
Sentence case -Cümlənin ilk hərfini böyüdür.
Lowercase – Bütün hərfləri kiçik yazır.
Uppercase – Hamısını böyük yazır.
Capitalize Each Word – Başlıq hərfləri böyük yazır.
Toggle Case – İlk hərfi balaca digərlərini böyük yazır.
Clear All Formatting – Bütün formatları təmizlə. Əgər yazı üzərində hər hansı bir format dəyişikliyi aparılmışdırsa onları sıfırlayır.
Bold Ctrl+B – Qalın yazı. Yazını qalın yazır.
Italic Ctrl+I – Mailli yazı. Yazını maili yazır.
Underline Ctrl+UAlt xətt. Yazıya alt xətt təyin edir.
More Underline – Daha çox alt xətt növləri.
Underline color – Alt xətt növlərinin rəngi.
Strikethrough – Üzəri xəttli.
Superscript Ctrl Shift + – Qüvvətə yüksəltmək.
Subscript Ctrl + – İndeksə endirmək.

Text Effect and Typography – Mətn effekti və mətbəə sənədi
Outline – Kənar xətt. Bu bölümdən daxil etdiyimiz mətnin kənar xəttinə rəng çalarları və kənar xətt ölçüləri təyin edə bilərik.
No outline – Kənar xətsiz.
More outline Colors – Daha çox kənar xətt rəngləri.
Weight – Eni. Xəttin qalınlıq formasını seçə bilərik.
Dashes – Qırıq xətləri təyin edir.
Shadow – Kölgə. Mətnə kölgə effektləri daxil edir.
Reflection– Şəklin, yazının əksini yaratmaq.
Glow –Şəklin kənar xəttinə müxtəlif rəng effektləri verir.
Number styles – Rəqəm stilləri. Buradan daxil etdiyimiz rəqəmlərə müxtəlif stillər təyin edə bilərik.
Stylistic SetsStil ayarlarını qurmaq.
Text Highlight Color – Mətnin arxa fonuna rəng verir.
Stop Highlighting – Mətnin arxa fonuna verdiyimiz  işıqlandırmanı sonlandırır.
Font color – Hərf, şrift rəngləri. Bu bölümdən istifadə etməklə yazılarımızı istədiyimiz rəngdə yaza bilərik.


Status bar, yəni vəziyyət paneli üzərində PAGE 172 of 329 yazısı qarşımıza çıxıb. Bunun mənası nədir və variantlardan hansı doğrudur?
a) Cari səhifənin nömrəsi 329-dur
b) Sənəd 172 səhifədən ibarətdir
c) Kursor 172-ci səhifədə döyünür
d) 172-329-cu səhifələrdə qrammatik səhvliklər var
e) Sənədin ilk 172 səhifəsi yoxlanılıb

Düzgün cavabı şərhlərdə bildirin açıqlama ilə birlikdə 





1 yorum: