24 Şubat 2017 Cuma

Start menu – Başlanğıc menyusu


         Start menu Windows əməliyyat sisteminin əsas menusudur. Start menu taskbarda yerləşir. Start menunu klaviaturadan winkey düyməsi ilə, əgər klaviaturada winkey düyməsi yoxdursa Ctrl + Esc düymələri ilə aça bilərik.

Start menunu açdıqda aşağıdakı komandalar qarşımıza çıxır :
I. Search programs and files – sənəd və proqramları axtarmaq. Komputerin yaddaşındakı hər hansı bir proqram, sənəd, qovluq, şəkil, mahnı, video və s. axtarmaq üçün axtaracağımız məlumatın adını bu bölümə daxil edib enter düyməsini vururuq.
II. Shut down – komputeri söndürmək. Shut down bölümündə aşağıdakı komandalar yerləşir.

1. Switch user – Hal-hazırki istifadəçi bölümünü söndürmədən digər istifadəçinin hesabına keçir.
2. Log off Winkey + L – Hal-hazırki istifadəçi bölümünü söndürərək digər istifadəçinin hesabına keçir.
3. Lock - kilid
4. Restart – yenidən yükləmək. Bu komandadan adətən 2 halda istifadə olunur.
1. Komputerə yeni qurğu daxil etdikdə, yeni bir proqram yüklədikdə
2. Mouse və ya klaviatura donduqda, komputerdə anlaşılmaz hallar baş verdikdə
5. Sleep – yuxu rejimi. Komputer müvəqqəti rejimə keçir. Sleep komandasını vurduğumuz zaman informasiya monitordan itir, hard disk öz işini dayandırır. Yəni elektrik enerjisinə qənaət edirik. Bu komandadan adətən qısa müddət komputerdən istifadə etmədikdə istifadə olunur. Komputerdə qalan işimizi davam etdirmək üçün mausu hərəkət etdirməliyik.
III. Run – qaçmaq. Komputerin daxilindəki hər hansı bir proqrama sürətli daxil olmaq üçün bu bölümdən istifadə edilir. Məs: Bu bölümə klaviaturadan Winkey+R düymələri ilə daxil ola bilərik. Məs: Microsoft Word proqramına daxil olmaq üçün run bölümünə Winword, MS Excel üçün Excel, CorelDraw proqramı üçün CorelDrw, Calculator üçün calc, On screen keyboard bölümünə daxil olmaq üçün isə osk yazmaqla daxil ola bilərik. Əlavə olaraq run bölməsinə temp, %temp%, regedit, dxdiag, cmd, msconfig və.s yazmaqlada bəzi komandalardan istifadə edə bilərik.
IV. Help and Support Winkey+H – yardım və dəstək. Komputerin hər hansı bir bölümü haqqında məlumat ala bilərik.

V. Control Panel – nəzarət paneli. Komputerin ayarlar bölməsində dəyişikliklər edə bilərik.

Hiç yorum yok:

Yorum Gönder