16 Şubat 2017 Perşembe

Daxili qurğular


İnformasiyanın işlənməsi üçün lazım olan qurğulara daxili qurğular deyilir. Daxili qurğular aşağıdakılardır:

1. Motherboardana plata. Buna mainboard, system board və ya materinka da deyilir. Ana plata bütün qurğular arasında yol rolunu oynayır. Komputer ilk yükləndiyi zaman ana platada olan xüsusi proqram təminatından istifadə edərək yüklənir ki, bu da BİOS (Basic İnput Output System) adlanır. 
BİOS mikrosxem deməkdir. Ana plata üzərində BİOSRAM mikrosxemləri, genişləndirmə slotları (yuvalar), digər əsas qurğular yerləşir. Xaricdə gördüyümüz giriş və çıxış yuvaları isə portlar adlanır. Portlar komputerin digər qurğularla əlaqəsini təmin edir. Portlar paralelserial olmaqla 2 yerə ayrılır. Paralel portlar LTP1 və LTP2, serial portlar isə COM1 və COM2  adlanır.



2. Sound card səs kartı. Səsi təmin edən kartdır. Komputerdəki səslə bağlı əməliyyatları eşitmək üçün dinamik (speakers) olmalıdır. Səs kartı standart olaraq 3 portdan ibarətdir.
1. Line in – giriş xətti
2. Line out – çıxış xətti
3. Microphone – mikrofon girişi.



3. VGA (Video Graphic Adopter), AGP (Accelerated graphic port) – ekran kartları.
 VGA (Video Graphic Adopter) - Görüntünü təmin edən kartdır. Komputerdə işlədiyimiz zaman iş prosesi komputerdə öz əksini tapmış olur ki, VGA – nın da vəzifəsi həmin görüntünü ekrana ötürməkdir.
AGP (Accelerated graphic port) – surətləndirilmiş qrafik portu. Daha surətli və kifayət qədər yaddaşa malikdir.



4. CPU (Central Processing Unit) – Mərkəzi əməliyyatçı. CPU həm də mikroprosessor adlanır. Fikirləşmə nöqteyi nəzərindən və idarəetmə baxımından komputerin beyni sayılır. Tezliklə işlədiyi üçün ölçü vahidi hers qəbul olunub. Əsas 2 əməliyyat yerinə yetirir:

1. Arithmetic and Logic – Riyazi və məntiqi əməliyyat. Məlumatın qarşılaşdırılması və əsasən yeni əməliyyatın seşilməsi.
2. Control Unit – Nəzarətçi əməliyyat. Əmrlərin izahı və yerinə yetirilməsinə nəzarət edir.

CPU – nun aşağıdakı növləri var:
1. İntel Pentium. Pentium V nəslə ayrılır. Pentium I, Pentium II, Pentium III, Pentium IV, Pentium V.
2. İntel Celeron – Pentiumun daha ucuz versiyasıdır. Daha çox ev komputerlərində istifadə olunur.
3. Athlon və Duron – Pentiuma rəqib olaraq AMD şirkəti tərəfindən yaradılıb.

5. RAM ( Random Access Memory ) - əməli müvəqqəti yaddaş. İnformasiyanı bir qurğudan alıb digərlərinə paylayır. RAM tipli yaddaşlar silinən yaddaşlardır. İnformasiyanın saxlanması üçün enerji lazımdır. Ona görə də enerji kəsildikdə RAM da saxlanılan informasiya itir. RAM – lar tutmuna görə müxtəlif olur. 4, 8, 16, 32, 64, 128, 256, 512, 1024 mb (1024mb=1 gb)




6. HDD ( Hard Disk Driver ) – sərt disk sürücüsü. Komputerdə daimi yaddaş rolunu oynayır. Bu qurğu sabit yaddaş da adlanır. RAM – dan fərqli olaraq böyük həcmli məlumatı uzun müddət yaddaşında saxlamaq üçün qurğudur. Sərt disklərin fırlanma surəti nə qədər çox alarsa informasiya mübadiləsi də bir o qədər sürətli olar. Hard disk – lər tutumlarına görə müxtəlif olur. 4, 10, 40, 80 gb, 1 tb və s.
Bir hard diski 1 neçə seqmentə bölmək olar. Məs: 120 gb – lıq hard diski 60 gb – 60 gb olaraq 2 yerə bölsək bu zaman hard disk Local disk (c) və Local disk ( d) olaraq 2 yerə bölünər.
C və D komputerin yaddaş sürücüləridir. Bu bölümə My computer – dən baxa bilərik.


7. Network Information Card (Ethernet card) – şəbəkə kartı. İki və daha çox komputer arasında əlaqə, informasiya mübadiləsi yaradır.



8. TV Tuner – televizor kartı. Televizor siqnallarını komputerə ötürərək komputerdən televizor kimi istifadə etməyimizə imkan yaradır.






9. Power adopter – qida bloku. Komyuteri enerji ilə təmin edir. Hər bir komputer enerji ilə işlıdiyi üçün bütün komputerlərdə qida bloku mövcuddur. Qida blokunun aşağıdakı xüsusiyyətləri var:
1. Cərəyana qoşulur, dəyişən cərəyanı sabitləşdirir
2. Gərginliyi ana plata və sürücülərə paylaşdırır
3. Üzərində on (yandırmaq) və  off (söndürmək) düymələri var.





10. Fan – Sərinkeş. 
Komputer uzun müddət işlədiyi zaman qurğuların sıradan çıxmasının qarşısını alır.

Hiç yorum yok:

Yorum Gönder