6 Mart 2017 Pazartesi

Insert daxil etmək menyusu (1)


İnsert menyusu daxil etmək menyusudur. Qısa yol olaraq daxil olmaq istəyiriksə Alt + N düymə kombinasiyalarından istifadə edə bilərik. Biz bu menyuda sənədlərə cədvəl, şəkil, fiqur, diaqram, məna, başlıq və sonluq, səhifə nömrələri, simvollar və.s daxil etməyi örgənəcəyik. İlk öncə insert menyusunda qarşımıza Pages-Səhifələr bölməsi çıxır. Gəlin bu bölmə daxilindəki komandalarla tanış olaq. 

Cover Page – Səhifə cildiBu bölümdən səhifə cildlərinin forması təyin olunur. Jurnal üzü, dəftər üzü və.s kimi formaları asanlıqla hazırlaya bilərik. Bunun üçün qarşımıza çıxan formaların üzərinə mausun sol düyməsi ilə tıklamaq kifayətdir. Növbəti dərslərdə bu haqda məlumat verəcəm, amma rastlaşmışkən qeyd etmək istəyirəm ki, bu daxil etdiyimiz səhifə cildində dəyişikliklər etmək istəyiriksə Design menyusuna daxil olub Themes-temalar bölməsindən istifadə etməklə dizaynlar verə bilərik.
More Cover pages from office.com – Əgər daha çox səhifə cildi forması əldə etmək istəyiriksə İnternet üərindən mövcud formaları buradan daxil edə bilərik.
Remowe Current Cover Page – Daxil edilmiş səhifə cildini silmək.
Save Selection to Cover Page Gallery – Seçilən səhifə cildini gallery bölümünə yaddaşa verir.
Blank Page – Boş səhifə. Kursorun döyündüyü yerdən boş səhifə artırır.
Page Break -Səhifəni sındırmaq. Kursorun olduğu yerdən səhifəni sındırır.



 Table – Cədvəl. Bu bölümdən sənədlər içərisində müxtəlif mürəkkəblik dərəcəsinə malik cədvəl işlərini görmək üçün istifadə edə bilərik. Cədvəli sənədə daxil etdikdən sonra xanalar içərisində irəli və geri hərəkət etmək üçün klaviaturadan Tab düyməsi ilə növbəti xanaya yəni irəli, Shift + Tab düyməsi ilə isə əvvəlki xanaya yəni geri hərəkət edə bilərik.
İnsert Table -Cədvəl daxil et.
a) Table size- Cədvəlin ölçüsü.
b) Number of columns- Sütunların sayı.
c) Number of rows- Sətrlərin sayı.
d) Fixed column with – Cədvəlin ölçüsünü müəyyən edir.
(Sütunların sayını max-63, sətirlərin sayını isə 32767-yə kimi artırmaq mümkündür).
Remember dimensions for new tables – Sətir və sütunlara verdiyimiz ölçüləri yeni cədvəllər üçün xatırlatmaq.
Draw Table -Cədvəl çəkmək (əl ilə)
Convert text to table – Mətni cədvələ cevirmək.
4. Excel Spreadsheet – Excel proqramından cədvəl daxil etmək.

5. Quick Tables – Hazır cədvəl formaları. Məs: təqvim hazırlamaq üçün bu bölməyə müraciət edib hazır formalardan istifadə edə bilərik.

Hiç yorum yok:

Yorum Gönder