Blog Haqqında

İlk öncə salam əziz oxucular. Onu qeyd edim ki, bu blogu uzun zaman öncə açmaq istəyirdim, amma qismət bu günə imiş. Bu blogu açmaqda əsas məqsədim bildiklərimi sizlərlə bölüşmək, kimlərəsə azacıqda olsa bir faydamın dəyməsidir. Bildiyiniz kimi artıq həyatımızın hər bir sahəsində komputer var və hər kəs komputerlərdən istifadə edir, internetə daxil olur, hətta günlərinin müəyyən bir hissəsini sosial şəbəkələrdə keçirdir. Komputer bilikləri bizə hər sahədə həm köməklik edir, həmdə işimizi asanlaşdırır. Bunun üçündə bu blogun faydalı olacağını düşünürəm. Çünki bəzi insanlar komputeri öyrənmək üçün kurslara gedir, bəziləri öyrənmək istəyir, amma kurslara getmək üçün pul tapa bilmir, bəziləri isə vaxt. Vaxt problemi olan insanlar isə online dərslərə ehtiyac duyur. Bu blogdan istifadə etməklə komputeri sıfırdan öyrənməyə başlaya bilərsiz.
Komputer bilikləri iş sahəsi ilə yanaşı təhsil sahələrində də qarşımıza çıxır. Bunu nəzərə alaraqdan blogumda Magistraturaya hazırlaşanlar və Dövlət qulluğuna hazırlaşanlar informatika dərsləri və test suallarından faydalana bilərlər.
   

Hiç yorum yok:

Yorum Gönder