24 Şubat 2017 Cuma

Proqramlar


Əməliyyat sistemində proqramlar 2 yerə ayrılır.
Standart proqramlar - komyuterə əməliyyat sistemi ilə birgə yazılan proqramlardır.
Qeyri standart proqramlar - komyuterə sonradan əlavə olunan proqramlardır. Nero, Photoshop, Microsoft Office və bunlar kimi milyonlarla proqramı misal göstərmək olar.
Qeyd: Windows media player - media oxuducusu və ya oynadıcısı. CD, DVD –lərin oxudulmasında, film və klip izləmədə, musiqi dinləmə və s. zamanı istifadə olunur.

Əgər, komputerə hər hansı bir proqram yüklənməyibsə bu zaman standart proqramlar vasitəsilə müəyyən işlər görmək mümkündür. Standart proqramlar StartAll ProgramsAccessories (aksesuarlar) bölümündə yerləşir.

I. Calculator – hesablayıcı. Komputerdə hesab əməlləri yerinə yetirmək üçün bu bölümdən istifadə edirik. Calculator bölümünü həmçinin Run qutusuna calc yazmaqla da aça bilərik.
II. Math İnput Panel – riyazi paneli daxil etmək üçündür
III. Standart olaraq 3 yazı proqramı vardır. Bunlardan ikisi windowsun standart proqramları (wordpad, notepad), biri isə ayrıca Microsoft Office proqram paketi daxilində yerləşən Microsoft Word-dür.
Notepad - qrafik imkanları ilə məhdud olan heç bir rəng çaları olmayan kiçik həcmli mətn proqramıdır. Sadə mətnlərin yazılması üçün istifadə olunur.
Wordpad - qrafik imkanları ilə notepad proqramına nisbətən zəngin olan və rəng çalarlarına malik mətn proqramıdır.
Microsoft Word - Windowsun idarəsi altında çalışa bilən lakin ayrıca ofis proqramları paketi daxilində yerləşən mətn proqramıdır ki, bu da qeyd etdiyim kimi qeyri-standart proqramdır.
IV. Run – qaçmaq. Komputerin daxilindəki hər hansı bir proqrama sürətli daxil olmaq üçün bu bölümdən istifadə edilir. Məs: Bu bölümə klaviaturadan Winkey+R düymələri ilə daxil ola bilərik. Məs: Microsoft Word proqramına daxil olmaq üçün run bölümünə Winword, MS Excel üçün Excel, Corel Draw proqramı üçün CorelDrw, Calculator üçün calc, On screen keyboard bölümünə daxil olmaq üçün isə osk yazmaqla daxil ola bilərik.
V. Snipping tool – kəsmə aləti. Kəsilən hissəni istənilən şəkil formatından istifadə edərək şəkil olaraq yaddaşda saxlamaq olar.
VI. Sound recorder – səsin yazılması üçün bölümdür. Səsin yazılması mikrofon vastəsilə həyata keçirilir.
VII. Sticky notes – qeyd pəncərəsi, işçi stolunda qeydlər aparmaq üçündür.
VIII. Windows explorer Winkey+E - Pəncərələr bələdçisi.
Windows explorer-Pəncərələr bələdçisi deməkdir. Start Programs Accessories Windows explorer. “Explorer” da görüntü 2 hissədən ibarət olur. Birinci tərəfdə bütün sənəd və qovluqlar, ikinci tərəfdə isə onlar daxilindəki sənədlər və qovluqlar yerləşir.
IX. Windowsda rəsm çəkmək üçün Paint proqramından istifadə olunur. Bu proqrama Start All Programs Accessories Paint bölümündən və ya Run bölümünə Mspaint yazıb ok vurmaqla aça bilərik.
XI. Ease of access winkey+U – verilənləri asanlaşdırma mərkəzi,
XI. System tools - sistem alətləri. Start All Programs Accessories bölümündə yerləşir.
1. Character map - xarakterik xəritə.

 “Windows”-un sadə mətn proqramlarında xüsusi işarələri daxil etmək üçün istifadə olunur.
2. Disk cleanup - Disk bölümünün təmizlənməsi.

Disk bölümündə olan lazımsız sənədləri təmizləmək üçün istifadə olunur. Məs: internetə daxil olduğumuz zaman açdığımız saytların (temporary internet files və ya temp files da deyilir. Bu fayllara run bölümünə %temp% yazmaqla da baxa bilərik) adı hard diskdə yer tutmuş olur ki, bunları təmizləmək üçün disk cleanup əmrindən istifadə olunur.
  • Setup log files – Quraşdırma zamanı əmələ gələn log fayllar
  • Downloaded program files – İnternet üzərindən endirilmiş proqram faylları
  • Temporary Internet files – Müvəqqəti İnternet faylları
  • Offline web pages (cached) – Oflayn veb səhifə faylları (keşdəki fayllar)
  • Compression of old files – Sıxlaşdırılmış fayllar
  • Error reporting files – Xətalar haqqında hesabat faylları
  • Recycle Bin – Zibil qutusu
  • Temporary Windows files – Müvəqqəti Windows Əməliyyat sisteminin faylları
  • Thumbnails – Kompüterdə olan sənəd, video və şəkillərin kiçik ölçülü şəkillərini (eskiz) yaradıb saxlayır. Silindiyi təqdirdə, o faylları yenidən açdığımız zaman thumbnaillər yenidən yaradılır.

3.Disk defragmenter-disk bölümünün nizamlanması.

Yaddaşda olan hər hansı bir məlumatı sildiyimiz zaman yaranan boşluqlar hard diskdə xususi yer tutur. Sonradan daxil etdiyimiz məlumatlar isə həmin boş yerləri doldurmur. Bu boşluqları aradan qaldırmaq üçün disk defragmenter əmrindən istifadə olunur. Bu əmrdən 1 həftə - 10 gün arası istifadə olunur.
Qeyd: Bu əmr tətbiq edilməzdən əvvəl bütün pəncərələr bağlanmalı və ekran qoruyucusu ləğv olunmalıdır.
Pəncərənin quruluşu aşağıdakı kimidir.
Analyze disk – diskianaliz etmək.
Defragmenter – diskinizamlamaq.
System information – sistem haqqında məlumat.
System restore - sistemi əvvəlki vəziyyətinə bərpa etmək. Komputerin yaddaşında olan hər hansı bir lazımlı məlumat silinibsə bu komanda vasitəsilə sistemi əvvəlki vəziyyətinə bərpa edərək silinən məlumatı geri qaytara bilərik.


Hiç yorum yok:

Yorum Gönder