Komputerlərin işləməsi üçün müxtəlif proqram
təminatı lazımdır. Proqram təminatının bir nömrəli elementi əməliyyat
sistemidir. Əməliyyat sistemi istifadəçi
ilə komputer arasında ünsiyyət yaradan, sistemə yüklənmiş proqramların və
onlara məxsus faylların işləməsini təmin edən, komputerə qoşulmuş olan aparat
təminatını özünəməxsus qaydada sistemə tanıdan bir mühitdir. Əməliyyat sistemi
komputerin bütün hissələrinin uzlaşmasına və səlist işləməsinə nəzarət
edir. Əməliyyat sistemləri imkanlarına, əmrlər sisteminin tərkibinə,
texniki vasitələrlə əlaqələrin təşkilinə və bir çox başqa funksiyalarına gorə
bir birindən fərqlənir.
Başqa sözlə Əməliyyat sisteminin əsas funksiyası
hesablama texnikasının ehtiyatlarının (fiziki və məntiqi) və hesablama
sistemləri proseslərinin idarə edilməsidir. Fiziki ehtiyatlara əməli
yaddaş, mikroprosessor, monitor, çap
qurğuları, maqnit və örtük disklər, məntiqi ehtiyatlara
isə proqramlar, fayllar və s. aiddir.
İlk əməliyyat sistemi 1981 – ci
ildə yaradılan MS DOS (Microsoft Disk Operating System) olmuşdur.
Bundan sonra 1985 – ci ildə Windows əməliyyat
sistemi yaradılb. Hər iki əməliyyat sistemi 1975–ci ildə Bill
Gates və Pol Allen tərəfindən yaradılmış Microsoft firmasına
məxsusdur. Windows əməliyyat sisteminin aşağıdakı versiyaları var:
Windows 1.0 (1985 ), 3.0, 3.1, 3.11, 95, 98,
Milenium, NT, 2000, ME,XP. Windowsun bu versiyalarından ən uğurlusu
Windows XP versiyasıdır. Burada XP Experience sözündən
götürülmüş və təcrübə deməkdir. 2007–ci ildə Windows Vista əməliyyat
sistemi,ən son olaraq isə 2009–cu ildə Windows 7 əməliyyat
sistemi istifadəyə verilib. Windows əməliyyat sisteminin rəqibləri
bunlardır: Unix, Lunix, Macintosh və s.
Əməliyyat sisteminin ilk açılışı desktop
(işçi stolu) adlanır. İşçi stolu üzərində yerləşən
elementlər İCON adlanır. Desktopun aşağısında yerləşən
zolaq taskbar (tapşırıqlar zolağı) adlanır.
Hiç yorum yok:
Yorum Gönder