Devices and
printers – Komputerdə yüklü olan əlavə
qurğuların yerləşdiyi bölümdür.
Qeyd:
Komputerə printeri əlavə etmək istəyiriksə ilk öncə aldığımız printerin üzərində
həmin printerə məxsus CD olur. Və o CD-dən istifadə etməklə komputerlə printer
arasında əlaqə yaratmaq olur. 2-ci bir yol əgər əlimizdə CD yoxdursa internet
üzərindən aldığımız printerin adını və versiyasını yazmaqla onun proqram təminatını
tapıb komputerə yükləməklə əlaqə yarada bilərik.
Açılan pəncərədə hansı printer növünün əlavə
olunmasını istəyiriksə onu seçirik. Add a local printer – bu bölümdən hər hansı
bir printeri əlavə etmək üçün istifadə edirik. Şəbəkədə olan və ya bluetooth vasitəsi
ilə bir printeri əlavə etmək istəyiriksə – Add a network, wireless or Bluetooth
printer seçirik. Ardınca Next düyməsi vurulur.
Komputerin printer ilə
informasiya mübadiləsinin aparılması üçün portumuzu seçib Next düyməsini
vururuq. Qarşımıza printer modelləri çıxır və buradan bizim istifadə edəcəyimiz
printeri seçə bilərik və ya sürücünün diskdən yüklənməsini istəyiriksə Have
disk (disk var) düyməsini vururuq.
Sonra Next (növbəti) düyməsini vururuq.
Növbəti qutuda printerimizə ad verə bilərik və ya adı olduğu kimi saxlayada bilərik.
Next düyməsini vururuq. Qarşımızdakı pəncərədə komputerə tanıtdığımız printeri
test etmək üçün test page vururuq və printeri aktiv etmək üçün Set as default
printer əmrini aktiv edirik.
Hiç yorum yok:
Yorum Gönder