Microsoft Word – mətn prosessoru olub, müxtəlif mürəkkəblik
dərəcəsinə malik sənədlərin yığılması, redaktə edilməsi, tərtibatı və çap edilməsi
üçün istifadə edilən və həm klaviatura, həm də maus vasitəsilə asanlıqla
istifadə edilən ən geniş yayılmış mətn redaktorlarından biridir. Word proqramı
sənədlərlə işləmək üçün istifadəçiyə aşağıdakı imkanları verir:
Mətnin yığılması, ekranda baxılması və səhvlərin
düzəldilməsi;
Mətnin hissəsinin hərəkət etdirilməsi;
Müxtəlif növ şirftlərdən istifadə edilməsi;
Tərtib olunan sənəddə şəkillərin, dioqramların,
düsturların,
cədvəllərin və digər başqa obyektlərin asanlıqla istifadə edilməsi;
Səhifələrin nömrələnməsi, başlıq və sonluqların
daxil edilməsi;
Mündəricatların hazırlanması;
Mətndə istifadə olunan sözlərin avtomatik tapılıb dəyişdirilməsi;
Bir neçə sənədin eyni vaxtda redaktə edilməsi və s.
Word proqramının bir neçə versiyaları var – 2000, 2003, 2007, 2010, 2013 versiyalarıdır. Ancaq bizim istifadə
etdiyimiz 2013 versiyasıdır. Word
proqramı digər adlara görə də tanınır.
1. Microsoft Word 2.
MS Word 3. Winword
Mətn redaktorlarının görünüşləri təxminən
eynidir. Yəni bu proqramların əsas hissələri mətn daxil edilən ərazi və
menyulardır. Menyulardan əlavə alətlər paneli və xətkeş də mövcuddur. Alətlər
panelindəki düymələr əsasən menyularda olan əməliyyatları daha rahat işə salmaq
üçün istifadə olunur. Word proqramının
element işarəsi W, uzadılmış fayl
növü DOCX, DOC və ya DOT adlanır.
Hiç yorum yok:
Yorum Gönder