24 Şubat 2017 Cuma

Qovluq üzərində mausun sağ düyməsi


İşçi stol üzərində mausun sağ düyməsini vurub New (yeni) Folder (qovluq) seçməklə yeni bir qovluq yarada bilərik.


Qovluqlar müxtəlif növdə olur.  Məs: İşçi stol üzərində mausun sağ düyməsini vurub New Birefcase (çanta) və ya Compressed folder (sıxışdırılmış qovluq) seçməklə də müxtəlif növ qovluq yaratmaq olar. Qovluğun yaradılması üçün klaviaturada Ctrl + Shift + N düymələrindən istifadə olunur. Yaratdığımız qovluq üzərində mausun sağ düyməsini vurduğumuz zaman aşağıdakı kimi gizli bir menyu açılacaq.
1. Open – açmaq. Bu komanda üzərində sol düyməni bir dəfə vurduqda qovluq açılacaq. Həmçinin hər hansı bir qovluq üzərində mausun sol düyməsini iki dəfə vurmaqla və ya Enter düyməsi ilə də qovluğu aça bilərik.
2. Send to – göndərmək. İstədiyimiz bir qovluğu hər hansı bir daşıyıcıya məs: flash diskə, CD-yə göndərmək üçün və ya bluetoothla, e-mail, skype və.s ilə göndərmək üçün qovluq üzərində mausun sağ düyməsi Send to əmrinin alt əmirlərindən komandanın adını seçib göndərə bilərik.
3. Cut Ctrl+X – kəsmək. Cut komandası vasitəsilə də hər hansı bir qovluğu istədiyimiz bir qovluq tərkibində yerləşdirə bilərik. Bunun üçün qovluq üzərində mausun sağ düyməsi Cut sonra yapışdıracağımız qovluğun tərkibində sağ düymə Paste Ctrl+V (yapışdırmaq) komandasını vurmaqla yerinə yetirə bilərik.
4. Copy Ctrl+C –kopyalamaq, nüsxəsini artırmaq. Hər hansı bir sənədin və ya qovluğun nüsxəsini artırmaq üçün Copy komandasından istifadə edilir. Bunun üçün qovluq üzərində mausun sağ düyməsi Copy sonra yapışdıracağımız bölüm üzərində sağ düymə Paste (yapışdırmaq) komandasını vurmaqla yerinə yetirə bilərik.
Cut Copy komandalarının bir – birindən fərqi, cut komandası ilə hər hansı bir qovluğu (və ya hər hansı bir məlumatı) başqa bir yerdə yerləşdirdikdə bu məlumat sadəcə yerləşdirdiyimiz bölümdə qalır, copy komandası ilə hər hansı bir qovluğu basqa bir yerdə yerləşdirdikdə bu məlumat həm yerləşdirdiyimiz yerdə, həm də əvvəl yerləşdiyi bölümdə qalır.
5. Create shortcut – qovluğun qısa yolunu yaratmaq.
QEYD: Qısa yolun əsasından fərqi aşağısında gördüyümüz ox işarəsidir və həmçinin əsas silindiyi zaman qısa yolla bu bölümə daxil olmaq olmaz.
6. Delete – silmək. Klaviaturadan qısa yolu Delete düyməsidir.
7. Rename – adını dəyişmək. Hər hansı bir qovluq və ya sənədin adını dəyişmək üçün 4 üsuldan istifadə olunur:
·        Qovluq və ya sənədin üzərində mausun sağ düyməsi Rename
·        Klaviaturadan F2 funksional düyməsi ilə
·        Qovluq və ya sənədin üzərində mausun sağ düyməsi Properties bölümündən
·        Qovluq və ya sənədin üzərində sol düyməni bir dəfə vurduqda adını dəyişmə imkanı yaranır.

8. Properties – xassə və xüsusiyyətlər. Qovluqların bütün xüsusiyyətləri burada yerləşir. Yəni qovluğun adı, yerləşdiyi yer, içərisindəki qovluq və faylların sayı, ölçüsü hətta buradan istifadə etməklə qovluğun görüntü formasını dəyişə bilərik hətta gizlədə də bilərik. 

Hiç yorum yok:

Yorum Gönder