File
– sənəd, dosya. Sənədlər
müxtəlif olurlar. Məs: Word sənədi, Excel sənədi və s. Yeni bir sənəd yaratmaq
üçün işçi stol üzərində sağ düymə → New (yeni) → aşağıdakı sənədlərdən istədiyimiz bir sənəd üzərinə
sol düyməni bir dəfə vurmaqla yarda bilərik.
Folder
– qovluq. Yeni bir
qovluq yaratmaq üçün işçi stol üzərində sağ düymə → New
(yeni) → Folder (qovluq) üzərində sol düyməni bir dəfə vurmaqla
yarada bilərik.
Sənədi qovluq daxilində yerləşdirə bilərik lakin qovluğu sənəd
daxilində yerləşdirmək olmaz.
Qovluq əsasən sənədləri yığmaq üçün istifadə olunur. Eyni
adda 2 qovluq yaratmaq olmaz. (eyni adda iki sənəd yaxud qovluq yaratmaq üçün
müxtəlif simvollardan istifadə etmək olar). Qovluq daxilinə qovluq və ya sənəd
yerləşdirmək olar amma sənəd daxilində qovluq yerləşdirmək olmaz.
QEYD
: Qovluğu adlandırdığımız zaman bəzi xüsusi işarələrdən (<> ” : ? \ ∕
ï*)
və eyni bir addan iki dəfə istifadə etmək olmaz. Eyni zamanda CON, COM1, COM2,
LPT1 və LPT2 və.s adlarından istifadə edərək ad daxil etmək olmaz. Xüsusi
kodlaşdırma işarələrindən istifadə edərək qovluğa ad daxil etmək üçün
klaviaturada ALT düyməsi sıxılı vəziyyətdə rəqəmlərdən istifadə olunur.
Hiç yorum yok:
Yorum Gönder