24 Şubat 2017 Cuma

Screen Saver – Ekran qoruyucu


Ekran qoruyucu komputerdən istifadə etmədiyimiz müddətdə görüntüyə gəlir və rəngləri dincəlməyə məcbur edir.


Aşağıda yerləşən Preview (öncədən baxış) komandası təyin etdiyimiz ekran qoruyucusunu tətbiq etməzdən əvvəl tam ekranda baxmaq üçün istifadə olunur. Müxtəlif ekran qoruyucu növləri var. Hər hansı bir ekran qoruyucu növü seçdiyimiz zaman onu qurmaq üçün settings (qurmaq, sazlamaq) bölümünə daxilb oluruq. Aşağıda yerləşən Wait (gözləmək) bölümü istifadəçinin nə qədər müddət komputerdən istifadə etmədiyi müddətdə görüntüyə gələcək. Bu vaxtı min 1 dəqiqədən 9999 dəqiqəyə qədər təyin edə bilərik. On resume, password protect (şifrəli ekran qoruyucu yaratmaq)
         Əgər istifadəçi bölümünə şifrə daxil edilmişsə bu komandanı aktivləşdirdiyimiz zaman görüntüyə gələn ekran qoruyucusunu ləğv etdikdə bizdən şifrə tələb edəcək. Screen Saver settings pəncərəsində aşağıda yerləşən Change Power settings bölümündə yerləşən Turn off the display vasitəsilə monitorun müəyyən vaxtdan sonra söndürə bilərik. Həmçinin müəyyən vaxt ərzində komputerdən istifadə emədikdə yuxu rejimine (sleep) keçməsinidə burada yerləşən Putt the copmuter to sleep ilə təmin edə bilərik.
Ekran qoruyucunun 2 növü var :
Yazılı ekran qoruyucu.
Görüntülü ekran qoruyucu.
1. Yazılı ekran qoruyucu – qurmaq üçün Screen Saver bölümündən 3D Text seçib Settings (qurmaq, sazlamaq) bölümünə daxil oluruq Custom Text (xüsusi mətn) bölümünə ekran qoruyucu olaraq təyin edəcəyimiz yazını daxil edib ok (əgər tətbiq etməzdən əvvəl baxmaq istəyiriksə Preview (öncədən baxış) düyməsindən istifadə olunur) apply vurmaqla tətbiq edə bilərik.


Ekran qoruyucu olaraq daxil etdiyimiz yazının üzərində dəyişiklik etmək üçün (yəni fontun dəyişmək üçün) Choose font (hərfi seçmək) bölümünə daxil oluruq. Yazının ölçüsünü böyütmək üçün isə Choose font bölümünün qarşısında yerləşən Size (ölçü) bölümündən small verməkləbalaca hərf, large seçməklə isə böyük hərflərdən istifadə edə bilərik.
         Əgər saatı ekran qoruyucu olaraq daxil etmək istəyiriksə,Screen Saver Screen Saver bölümündən 3D Text seçib Settings (qurmaq, sazlamaq) bölümünə daxil olub sadəcə Time (vaxt) bölümünü aktivləşdirib okapply vururuq.
Resulation – nöqtələr çoxluğunun sıxlığı təyin olunur.
Low – asta
High – yüksək
Motion – hərəkət
Aşağıda yerləşən Rotation type (fırlanmanın növü) bölümündən ekran qoruyucuya müxtəlif fırlanma növlərini seçə bilərik.
Rotation speed – fırlanmanın sürəti (Bu bölüm vasitəsilə isə ekran qoruyucusunun asta və ya surətli fırlanmasını təyin edə bilərik).
Slow – asta
Fast – sürətli
Daxil etdiyimiz ekran qoruyucusuna rəng vermək üçün Solid color Custom color Choose color bölümündən istədiyimiz rəngi verə bilərik.
2. Görüntülü ekran qoruyucu qurmaq üçün Screen Saver bölümündən photos (şəkil) seçib Settings Browse bölümündən şəkillər olan qovluğu seçib ok save apply vururuq.
Slide show speed - bölümdən isə şəkillər arası müddətin sürətini təyin edirik.
Slow - asta
Medium - orta
Fast – sürətli
Shuffle pictures – qarışıq şəkillər. Aktiv olduqda şəkillər qarışıq, qeyri aktiv olduqda isə sıra ilə görüntüdə olur.

QEYD: Daxil etdiyimiz ekran qoruyucunu ləğv etmək üçün Screen Saver bölümündən None (boş) seçməliyik.

Hiç yorum yok:

Yorum Gönder