Komputerlər
informasiyanı qəbul edib saxlayan, emal edən və ötürən qurğudur.
8 Bit
|
1 Byte
|
1024 byte
|
1 KiloByte
|
1024 KiloByte
|
1 MegaByte
|
1024 MegaByte
|
1 GigaByte
|
1024 GigaByte
|
1 TeraByte
|
Hesab – məntiq qurğuları: texnikada mikroprosessor və ya CPU (central proceccing unit) adlanır.
Komputerlərin işləmə sürəti mikroprosessorların tipi ilə bir başa bağlıdır. Bu
qurğunun vəzifəsi verilənləri emal etməkdir. Informasiyanın emal sürəti
prosessorun takt tezliyi ilə müəyyən olunur. Markalarına görə onların aşağıdakı
tipləri var.
Pentium
I – takt tezliyi 33-200 mhz;
Pentium
II – takt tezliyi 200-433 mhz;
Pentium
III – takt tezliyi 433-950 mhz;
Pentium
IV – takt tezliyi > 1000 mhz;
Əməli yaddaş qurğusu: əsas qurğulardan biri olub vəzifəsi informasiyanı müvəqqəti saxlamaq
və digər qurğular arasında informasiya mübadiləsini təmin etməkdir. Ona RAM (random
access memory) kimi deyirlər. Əməli yaddaşla yanaşı daha bir yaddaş vardır. ROM
(read only memory) bu da BİOS (basic input output system) adlı xüsusi
proqramdır. Onun vəzifəsi komputer işə salınarkən onun qurğularını test etmək və
bundan sonra əməliyyat sisteminin yüklənməsini təşkil etməkdir. Bundan başqa BİOS-da
komputerin konfiqurasiyasının sazlanması proqramı da yerləşir. Bu proqramın adı
SETUP-dır. Onun vasitəsilə qoyulmuş parametrlər CMOS (complementary metal oxide
semiconductor) adlı yaddaşa yazılır. Onun vəzifəsi komputerin qurğularının
sazlanma parametrlərini və digər sistem göstəricilərini yadda saxlamaqdır. Komputer
söndürüldükdə CMOS-da yazılmış informasiya silinmir, çünki ona xüsusi
akkumlyatordan enerji verilir.
Sərt disk qurğuları: sərt disk qurğusunun (hard disk driver) vəzifəsi komputerdə istifadə
olunan əməliyyat sistemini, proqramları, verilənləri və digər informasiyaları
saxlamaqdır. Sərt diskə vinçestr də deyirlər. Disklər böyük sürətlə (dəqiqədə
5000-7000 dövr) fırlanma hərəkətində olurlar.
Elastik disk qurğuları: elastik disk qurğusunun (floppy disk driver) vəzifəsi elastik disklərə
informasiya yazmaq və ya onları oxumaqdır. Elastik disketlər, səthinə maqnit
materialı çəkilmiş dairəvi diskdən ibarətdir.
Monitorlar: displey və
ya monitorların vəzifəsi mətn və qrafik informasiyaları əks etdirməkdir.
Onların keyfiyyəti ekranda yerləşən piksellərin sayından asılıdır ki, piksellər
nə qədər çox olarsa onun keyfiyyəti bir o qədər çox olar. Normal təsvir üçün
nöqtənin ölçüsü 0.28 mm və daha az olmalıdır.
Klaviatura: klaviatura
giriş qurğusu olub vəzifəsi informasiyanı və əmrləri komputerə ötürən qurğudur.
Klaviatura üzərində olan düymələr 4 qrupa bölünür:
I
qrup- esc və f1-f12 qədər olan
funksional düymələr.
II
qrup- üzərində hərf, rəqəm və digər simvollar yazılmış düymələrdir.
III
qrup- tab, capslock, shift ,ctrl, alt, backspace, enter rejim düymələri aiddir.
IV
qrup- ← ↑ → ↓, insert, delete, home,
end, pageup, pagedown kursoru idarə edən
Sadalanan
qurğulardan prosessor, əməli yaddaş və onları işinə köməklik göstərən digər
mikrosxemlər bütöv bir plata üzərində yığılır. Bu plata “ana kart” (mother
card) adlanır. Sərt və elastik disk qurğuları habelə CD-ROM ana kartla əlaqə
yaradır. Platalarla birgə ana kart, disk qurğuları və qida bloku birgə yığılaraq
“sistem bloku” əmələ gətirir.
Hiç yorum yok:
Yorum Gönder