Font Ctrl+D – Şriftlər, hərflər. Buradan font ayarlarımızı bir pəncərə
daxilindən düzəldə bilərik.
Font style –
Hərf stilləri.
Size – Ölçü.
Font color –
Hərf rəngləri.
Underline style –
Alt xətt növləri.
Underline color –
Alt xətt rəngləri.
Effects –
Effektlər.
Strikethrough –
Üzəri xəttli.
Double Strikethrough – Üzəri iki xəttli.
Superscript –
Qüvvət.
Subscript – İndeksə endirmək.
Small caps – Balaca hərflər.
All caps -Böyük başlıq hərflər.
Hidden -Gizlətmək. Sənədin
tərkibində qeyd olunan məlumatı gizlətmək istəyiriksə buradan istifadə edə bilərik.
Set AsDefault – Hər zaman üstə saxla, yəni aktiv et. Seçilən əmrləri
(Məs: Arial,14, Bold və s. kimi əmrləri) dəyişmədən avtomatik açılması üçün
istifadə edirik. Əgər hər zaman yazı yazmaq üçün Word proqramını açdığımızda
ayarların sabit, istədiyimiz kimi qalmasını istəyiriksə (Məs: yazı fonunu
Palatino Linotype seçib ölçünü 14 veririk) set as default üzərinə tıklayıb All
documents based on the Normal Template əmrini təsdiqləməliyik.
Text effects – Mətn effektləri. Bu bölüm vasitəsilə daxil
etdiyimiz mətnə müxtəlif effektlər verə bilərik.
Advanced-Əlavələr
Scale – Faiz, miqyas.
Xarakterlərin genişliyini seçmək, hərflərin faiz əsasında en və hündürlüyü seçmək
üçün istifadə olunur. Normal ölçü 100% olmalıdır.
Spacing – Məsafə. (Simvollararası məsafənin təyin olunması
üçün istifadə olunur).
a) Normal – Normal.
b) Expanded – Genişləndirilmiş.
c) Condensed – Sıxlaşdırılmış.
Position – Mövqe. (Qeyd
olunmuş məlumatın təyin edilmiş ölçü qədər sətrin yuxarı və aşağı indeksində
yerləşdirmək olar).
a) Normal – Normal.
b) Raised – Qaldırılmış.
c) Lowered –
Endirilmiş.
Microsoft Word 2013 proqramında səhifə
nömrələnməsi 3 rəqəmindən başlayır. Əgər bu sənəddəki səhifələrin sayı 15-dirsə
bizim sonuncu səhifəmizin nömrəsi neçədir?
a) 9
b) 12
c) 17
d) 15
e) 18
Doğru cavabı şərhlər bölməsinə qeyd edin. Tələsməyin...
Hiç yorum yok:
Yorum Gönder