13 Mart 2017 Pazartesi

İnformatika test sualları

Exam
1. Aşağıdakılardan hansı birməsələli əməliyyat sistemidir?

A) MS DOS
B) UNIX
C) NORTON COMMANDER
D) WINDOWS
E) WINDOWS NT

2. ArcNet texnologiyasında hansı topologiyadan istifadə olunmuşdur?

A) Ulduz B) Şin C) Halqa D) Tam E) Heç biri

3. X10=124 olduqda X16-nı tapın.

A) 1111100 B) 31A C) 7B D) 6C E) 7C

4. Aşağıdakılardan hansılar rastr qrafika üzərində işləyir?

1. Corel Draw
2. Photo Shop
3. Paint
4. Corel PhotoPaint
5. Prolog
A) 1, 2 B) 2, 3, 4 C) 2, 3 D) 1, 2, 3 E) 2, 3, 4, 5

5. OLE texnologiyası nədir?

A) Obyektin digər proqramlarla birgə işləməsi və mübadiləsi təmin olunur;
B) Obyektin xassələri dəyişdirilir;
C) Obyektin surəti çıxarılır;
D) Obyektin digər proqramlardan çıxarılması;
E) Cavabların hamısı yanlışdır.

6. Aşağıdakılardan hansı alqoritmin müəyyənlik (determiniklik) xassəsidir?

A) Alqoritm sonlu sayda mərhələdən sonra qurtarmalıdır.
B) Alqoritmin hər bir addımı dəqiq və birqiymətli təyin olunmalıdır.
C) Müəyyən məsələ üçün tərtib olunmuş alqoritm, həmin tipdən (sinifdən) olan bütün məsələlər üçün yararlı olmalıdır.
D) Alqoritmin yerinə yetirilməsi üçün ilkin verilənlər olmalıdır.
E) Alqoritmdəki mərhələlərin yerinə yetirilməsi axtarılan nəticəyə gətirib çıxarmalıdır.

7. MS DOS sistemində RD komandası hansı əməliyyatı yerinə yetirir?

A) boş olmayan qovluğu silir
B) yeni qovluq yaradır
C) qovluğun adını dəyişir
D) faylı silir
E) boş qovluğu silir

8. Üçüncü nəsil kompüterlərin əsas element bazası aşağıdakılardan hansıdır?

A) Elektron lampalar
B) Yarımkeçiricilər
C) İnteqral sxemlər
D) Böyük və çox böyük inteqral sxemlər
E) Yuxarıda sadalananların heç biri

1 yorum: