Sənədə
cədvəl formaları daxil etdikdən sonra cədvəl üzərində düzəlişlər etmək üçün cədvəli
seçmək lazımdır. Cədvəli seçdikdə qarşımıza əlavə olaraq 2 menyu Design və
Layout (dizayn və sxema, tərtibat) menyuları çıxır.
Design menyusu
Seçdiyimiz
cədvəldə sətir və sütun başlıqlarında, tək və cüt nömrəli sətir və sütun əlaqələndirilməsində
aşağıdakı komandalardan istifadə olunur.
Table style options – Cədvəl
stilinin parametrləri.
Header Row – Sətir başlığı.
Total Row – Yekun sətir.
Banded rows – Cüt nömrəli sətirlərin tək nömrəli sətirlərdən fərqləndirilməsi.
First column – Birinci sütun.
Last column – Axırıncı sütun.
Banded columns – Cüt nömrəli sütunların tək nömrəli sütunlardan fərqləndirilməsi.
Bu
komandaları aktiv və qeyri aktiv etdiyimiz zaman buradakı dəyişikliklər Table
style bölməsində də öz əksini tapır.
Table styles – Cədvəl stilləri.
Shading – Kölgə. Bu bölümlərdən istifadə etməklə xanalara
kölgəlik verə bilərik (Məsələn: təqvimlərdə bu bölümdən istifadə etməklə bayram
və ya hüzn günlərini qeyd edə bilmək üçün xanaları rəngləndirə bilərik).
Borders Styles – Kənarlıq stilləri.
Pen color – Qələmin rəngi.
Borders – Kənarlıqlar.
Borders painter – Kənarlıq çəıkmək.
Hiç yorum yok:
Yorum Gönder