Proqram dedikdə, komputerin başa düşə bildiyi dildə
yazılmış əmrlər ardıcıllığı nəzərdə tutulur.
Komputerdə tətbiq olunan proqramları aşağıdaki kimi
qruplaşdırmaq olar:
Tətbiqi proqramlara istifadəçiyə lazım olan
işlərin (mətnlərin yazılması, cədvəllərin hazırlanması, rəsmlərin və videotəsvirlərin
emalı) yerinə yetirilməsini təmin edən proqramlar daxildir.
Alqoritmik dillər vasitəsilə komputer üçün
proqramlar yazılır.
Xidməti
proqramlar: bu proqramlar qrupu komputerin
istismarı zamanı müxtəlif köməkçi funksiyaları terinə yetirirlər.
Komputeri yoxlayan proqramlar vaxtaşırı onu diaqnostika
edərək yaranan nasazlıqları aşkar etməyə və imkan daxilində problemi aradan
qaldırmağa xidmət edirlər.
Arxivləşdirmə proqramları faylları sıxaraq onları
daha kiçik həcmdə surətlərini çıxarırlar, habelə bir qrup faylı arxivləşdirərək
bir faylda saxlayırlar.
Antivirus proqramları virusa yoluxmanın
qarşısını alır və faylları yoxlayaraq virusları təmizləyir.
Antivirus proqramları: viruslar əsasən, icra
oluna bilən .exe,.com tipli fayllar, habelə qurğuların işini idarə edən
drayverlər (.sys tipli fayllar) –ın işini poza bilirlər. Qrafik və mətn
faylları, verilənlər bazası adətən virusa yoluxmurlar. Viruslara qarşı
antivirus proqramları tətbiq edilir və onların özləri bir neçə növə bölünür.
Müffəttiş proqramlar bunlar yalnız komputerdə
virusun olub olmamasını aşkar edir.
Doktor proqramlar komputerdə olan virusu
tapıb məhv edir.
Filtr proqramlar virusun komputerə daxil
olmasının qarşısını alır.
merhaba
YanıtlaSil