Salam əziz oxucular. Bu günkü dərsimizdə Komputer elementinə daxil
olan zaman çox insanda bele bir sual yaranır ki, niyə disklər A və ya B deyildə
C diski olaraq adlandırılıb? Yəqin ki, çoxunuz üçün bu maraqlıdır. Onda isə
baxaq görək niyə?
Demək olar ki, komputerdən istifadə edərkən hər gün olmasa da biz çox
vaxt Computer (Komputer) elementinə daxil oluruq. Daxil olma səbəbimiz isə sistem
diski, telefonumuz və ya hər hansı bir daşıyıcı qurğulardan istifadə etmək
məsələn flash card və ya CD, DVD, kimi bölmələr ola bilər. Çünki telefon və ya
flash card daxil etmişiksə bunlara daxil olmaq üçün Komputer elementinə daxil
olmalıyıq. İndi isə gələk sualımıza niyə sistemin quraşdırıldığı diskdə A və ya
B yox məhz C hərfi təyin edilib? Niyə hər kəs onu “C diski kimi” adlandırır?
Bu sualın cavabı çox asandır, ona görə ki:
Sərt disk standartı
1980-ci ildən sonra qəbul edilib. Sərt
Disklərdən əvvəl yaddaş qurğuları kimi Floppy disklərdən istifadə olunurdu. Floppy disk ilkin yaddaş
qurğuları hesab olunur. Bildiyiniz kimi Floppy disklərin tutumu 1.44 mb-dır.
Onların istifadəsi 1960-cı illərdə məşhurlaşdı. Floppy disklər iki
formada 5 1/4 ” və 3 1/2″ həcmlərində istehsal olunurdu və həmin
qurğular Local Disk (A) və Local Disk (B) kimi işarələnmişdir. Sərt diskin
icadından sonra isə 8 inçlik Floppy Disk istifadəyə verildi. Və buna görədə
yeni sərt diskə, sistemdə latın əlifbasının növbəti hərfi olan “C” hərfi
verildi. Texnika və texnologiya inkişa etdikçə, Floppy disklərin istifadəsi
yoxa çıxmağa başladı, lakin sistem istehsalçısı 80-ci ilin standartını
dəyişdmədi. Ona görədə bu günləri ilk disk “C” sayılır və
bütün növbəti disklər isə latın əlifbası üzrə hərflərlə sıralanır. Amma buna
baxmayaraq, biz əgər istifadəçi olaraq administratoruqsa “C” hərfini
A, B və ya başqa hərf və sözlərlə də dəyişə bilərik.
Hiç yorum yok:
Yorum Gönder