Page Layout Alt + P – Səhifə
sxemi menyusudur. Hər hansı bir sənədi işləməzdən öncə bu bölümdən səhifənin
ayarları qurulmalıdır. Məsələn sənədin kitab və ya albom formasında olmasından
kağızın formatına kimi yəni A3, A4 A5 və.s kimi seçilməlidir. Bunun üçündə
aşağıdakı komandalardan istifadə etməliyik. Çap bölümündən bu ayarlardan bəzilərinə
nəzər salmışdıq. Bu gün isə biz birlikdə Səhifə parametrlərinin içərisinə nələr
daxildir onları öyrənəcəyik.
Page setup – Səhifəni qurmaq.
Margins – Kənarlıq.
a) Custom Margins (xüsusi kənarlıq) → Page setup – səhifə parametrləri. Səhifəni çapa verməzdən əvvəl
bu bölümdən səhifə parametrlərini təyin edirik. Bu bölümü xətkeşlərin mətn sahəsindən
kənarda, boz sahədə mausun sol düyməsini iki dəfə vurmaqla da açmaq olar.
1.
Margins – Kənarlıqlar
a) Top – Yuxarıdan
b) Bottom –Aşağıdan
c) Left – Soldan
d) Right – Sağdan
Gutter – Tikiş payı
Gutter position – Tikiş
payının mövqeyi. Tikiş payının 2 cür mövqeyi var. Sol və Yuxarı hissədən.
Orientation – İstiqamət
a) Portrait – Kitab forması
b) Landscape – Albom forması
Pages – Səhifələr
Multiple pages – Çoxlu səhifə
a) Normal – Normal
Preview – Çapdan öncə baxış
2. Paper – Kağız
Paper size – Kağız ölçüsü
QEYD 1: Müxtəlif kağız ölçüləri var. Misal olaraq: A3, A4, A5,
letter və s. göstərmək olar. Biz adətən A4 ölçülü kağızdan istifadə edirik.
a) A4 – ün ölçüsü: eni (width) – 21sm,
uzunluğu (height) – 29,7sm
b) A3 – ün ölçüsü: eni (width) – 42sm,
uzunluğu (height) – 29,7sm-dir
First page – İlk səhifə. Ilk səhifəni
çapa göndərir.
Other pages – Başqa səhifələr digər səhifələri
çapa göndərir.
3. Layout – Vərəq. Bu bölümdən istifadə etməklə kitab, kataloq,
raport kimi sənədlərdə müxtəlif bölmələrin olduğu səhfələri müxtəlif səhifə
formatında hazırlamaq olar. Bunun üçün Section
start (bölmə başlasın) bölümündən bizə lazım olan bölmənin başlayacağı yer
seçilir.
Headers and footers – Başlıqlar və sonluqlar.
a) Different add and even – Cüt
və tək nömrəli səhifələrdə müxtəlif sonluq və başlıqdan istifadə etmək üçündür.
b) Different first page – Bölmələrin ilk səhifələrində digər səhifələrdən fərqli
sonluq və başlıqdan istifadə etmək üçündür.
Vertical alignment (şaquli istiqamət) – Səhifədə
yazılmış məlumatın istiqamətini, formasını göstərir. Buna görə də hər zaman Top
əmrini seçmək lazımdır.
Line numbers (sətrin nömrələnməsi) – Sənədlərdə
sətrin nömrələnməsi üçün istifadə olunur. Add
line numbering (sətrin nömrələnməsini əlavə et). Bu aktiv olandan sonra digər
əmrlər də aktivləşir.
Qeyd: Apply to – bölmündən Whole document seçilsə aparılan dəyişikliyi bütün səhifələrə, This point forward seçilərsə yalnız
kursordan sonrakı hissəyə tətbiq etmiş olacaqdır.
Qeyd: Default – hər zaman üstə saxla, seçdiyimiz ölçülərin açılan
hər yeni Word sənədinə aid olması üçün bu komandanı aktivləşdirib Yes düyməsini
seçmək lazımdır.
Columns – Sütunlar. Qəzet, jurnal və kitab səhifələrinin
hazırlanmasında istifadə olunur. Əgər mətn kənarlığı olmasa sütunlar aktiv olsa
da görüntüyə gəlməyəcək. Bunun üçün Show
Text Boundaries komandasını aktivləşdirmək lazımdır. Sütunları ləğv etmək
üçün Columns bölümündən One seçmək lazımdır.
Number of columns – Sütunların sayı
Width and spacing
–Sütunlar arası en və məsafə təyin edir.
c) Line between – Sütunlararası
xətt.
d) Equal column width –
Sütunların bərabər genişliyi.
Qeyd:
Sütundan – sütuna keçmək üçün Ctrl +
Shift + Enter düymə kombinasiyalarından istifadə edirik.
Səhifəyə gətirilən sütunların görüntüdə olması üçün
Customize Quick Access Toolbar →
Advanched → Show Text Boundaries komandası aktivləşdirilməlidir.
Tıkla və davamını oxu
Tıkla və davamını oxu
Hiç yorum yok:
Yorum Gönder