14 Mart 2017 Salı

Proqramın pəncərə quruluşu

Excel proqramını çalışdırmaq istəyiriksə aşağıdakı üsullardan istifadə edə bilərik.

Start All Programs Microsoft Office 2013 Excel 2013
Start Run (Winkey+R) bölümünə Excel yazıb Ok vurmaqla.
İşçi stol üzərində sağ düymə New Microsoft Excel Worksheet seçməklə.
Start search programs and files (proqram və sənədlərin axtarışı) → böülmünə excel yazıb enter vurmaqla daxil ola bilərik.

İlk olaraq hər bir proqramda pəncərənin quruluş formasını bilmək əhəmiyyətli rol oynayır ki, proqram üzərində işlədiyimiz zaman bu məlumatlar bizə kömək olur.
1. Title bar – Başlıq çubuğu. Bu bölümdə proqramın adı yerləşir.
2. Quick Access toolbar – sürətli müraciət zolağı. Bəzi əsas komandaların qısa yolları yerləşir.Məs: Save, Undo, Redo Menyu zolağında sağ düymədə yerləşən Show Quick Access toolbar Above the Ribbon komandasını aktivləşdirsək, Quick Access toolbar zolağı ribbon zolağının yuxarısında, Show Quick Access toolbar Below the Ribbon komandasını aktivləşdirsək isə Quick Access toolbar zolağı ribbon zolağının aşağısında yerləşəcək.
3. Menu bar – Menyular çubuğu. Standart 8 menyu vardır. Bu menular aşağıdakılardır:
4. File – sənəd. Bu bölümdə yerləşən əmrlər vasitəsilə yeni sənəd yaratmaq, yaddaşdakı hər hansı bir sənədi açmaq, yaddaşa vermək və ya şifrəli yaddaşa vermək, sənədi bağlamaq və s. mümkündür.
5. Ribbon – Alətlər, Lent Zolağı. Seçilmiş menyu daxilindəki komandalar bu zolaqda yerləşir. Əgər menyu üzərində sağ düymədə yerləşən Collapse the ribbon (zolağı gizlətmək) komandası aktiv olarsa zolaq görüntüdə olmaz. Qısa yol olara Ctlr+F1 düymə kombinasiyalarından da istifadə edə bilərik.
6. Name box – Ad qutusu. Bu bölümdə aktiv olan hücrənin ünvanı yerləşir.
7. Formula bar Formul, funksiya zolağı. Aparılan əməliyyatlar haqqında məlumat burada yerləşir. Quracağımız funksiyaların açıqlamasını buradan görə bilərik.
8. Rows and columns headings Sətir və sütun başlıqları. Ötən dərslərdə qeyd etdiyimiz kimi sətir başlıqları rəqəmlər, sütun başlıqları isə hərflərlə qeyd edilmişdir.
9. Sheet – Səhifə.
10. Horizantally scroll bar – Üfuqi sürüşdürmə çubuğu.
11. Vertically scroll bar Şaquli sürüşdürmə çubuğu.
12. Status bar – Vəziyyət zolağı. Seçilən sahədəki rəqəmlərin cəmi, ən kiçiyi, ən böyüyü, ədədi ortası və s. bu zolaqda görsənir.


1. Columns – sütunlar. Sütunların sayı 16384, hər birinin standart ölçüsü 8.43 (64pixels)–dir. Sonuncu sütuna keçid almaq üçün Ctrl düyməsini sıxılı saxlayıb klaviaturadan ox işarəsini seçməliyik. Səhifədə sütunlar hərflərlə işərələnib.
2. Rows – sətirlər. Sətirlərin sayı 1048576, hər birinin standart ölçüsü 15.00 (20pixels)–dir. Sonuncu sətrə keçid almaq üçün isə Ctrl düyməsini sıxılı saxlayıb klaviaturadan işarəsini seçməliyik. Sətirlər isə rəqəmlərlə işarələnir.
3. Cells – xanalar. Sətir və sütunların kəsişdiyi yerdə xanalar yerləşir. Hücrələrin sayını bilmək üçün sətrlərin sayını sütunların sayına vurmaq lazımdır. Aparacağımız hessablama bu formadadır =16384*1048576
Qeyd: Aktiv olan xananın ünvanı Name box (ad qutusu) bölümündə görünür. Aktiv hücrə digərlərindən fərqli olaraq, kənarlığının tünd rəngli olması ilə fərqlənir. Aktiv səhifəmiz worksheet, bir neçə hücrədən ibarət olan hissə blok və ya hücrələr qrupu adlanır. Əgər sütun başlıqlarını rəqəmlərlə əvəz etmək istəyiriksə aşağıdakı üsullardan istifadə olunur:
File (sənəd) Options (parametrlər) Formulas (formullar) R1C1 reference style  komandasını aktivləşdirib ok vurmalıyıq. Excel – də bir Sheet – dən digər sheet – ə keçmək üçün klaviaturanın Ctrl və uyğun olaraq Page UpPage Down düymələrindən istifadə olunur. Ctrl + Home düymələrindən istifadə etməklə A1 hücrəsinə keçmək olar. 

Hiç yorum yok:

Yorum Gönder